SAYTA GİRİŞ
Главная » 2010 » Yanvar » 1 » Dördqat dünya çempionu Azərbaycanı tərk etdi
01:13
Dördqat dünya çempionu Azərbaycanı tərk etdi


Kikboksinq üzrə Azərbaycan milli komandasının üzvü Hafiz Baxşəliyev ölkəmizi tərk edib Bu haqda "Www.Efirdi.Tk” Azərbaycan saytlarina istinadən xəbər verir. Məlumatı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev verib. Onun sözlərinə görə, Baxşəliyev peşəkar kikboksçu karyerasını davam etdirmək üçün Böyük Britaniya klubundan sərfəli təklif alıb: "Hafiz gözəl idmançıdır. Dünya miqyasında ölkəmizi layiqincə təmsil edib. Amma o, son zamanlar peşəkar kikboksinqlə məşğul olurdu. Ölkəmizdə isə bu sahə hələ lazımi səviyyədə inkişaf etməyib. Ona görə də Baxşəliyev Britaniya klubundan aldığı təklifi müsbət cavablandırdı. Hazırda o, xaricdə ölkəmizi layiqincə təmsil edir”.
Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Hafiz Baxşəliyev kikboksinqin müxtəlif versiyalarında 4 dəfə dünya çempionu olub. Bununla yanaşı, 29 yaşlı Baxşəliyev peşəkar kikboksinq üzrə Avropa kəmərini qazanıb

Категория: İdman | Просмотров: 1084 | Добавил: efirdi | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]