SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 27 » » Hansı cümlelere sığınırsınız canınız yandığında »
13:46
» Hansı cümlelere sığınırsınız canınız yandığında »
alt


    
  
  
Hansı cümləyə sığınırsınız canınız yandığında?

Sözlər yetirmi içinizdəki yaranın şiddətini anlatmağa?

  

  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
alt


Hamımız zaman-zaman bizi üzən, “nə edim?”, “necə edim?” dediyimiz, çıxış yolu tapa bilmədiyimiz, içindən çıxılması çətin olan məsələlərlə rastlaşırıq.
Və çox vaxt həll edə bilmədiyimiz məsələləri zamanın axarına buraxmaq istəyirik.
Zaman hər dərdə dərmandır dediyimiz vaxtlar olur.
Amma bir an düşünək: Zaman özünə çarə tapa bilibmi ki, dərdlərə də dərman olsun.

Zaman sadəcə yetişdirir mənim baxçamdakı meyvələri, ya da saralıb zaman içində yox olacaq güllərin inkişafını vaxtından tez dayandırır.
Amma əsla çarə ola bilmir nə içimdəki dərdlərə, nə də qışqıra bilmədiyim gecələrə..

Hissə-hissə bölünürəm gecənin ürküdücü qaranlığı dünyama qarışdığında.
Və bədənim artıq anlamır içimdəki yaranın şiddətini.

Səssiz-səmirsiz olan gecə kimiyəm.
Sözlər asmışam Ayın bir kənarına, ən gözəl xəyallarımı, yuxularımı gizlətmişəm dağların ardındakı ulu çinarın sinəsinə və qurban vermişəm ən ehtişamlı, ən dəli çağlarımı qaranlıqların kralı olan gecəyə.

Artıq nağıllar demək nəyə yarar.
Göy qurşağının bütün rəngləri qaraya çalarkən özünü aldatmaq sadəcə böyük bir yalan olar.
Edilən hansı əhd, verilən hansı söz tutuldu ki, dərdləri bitirsin bu saxta zaman.

İndi hansı verilən söz, edilən əhd məndən aldığını gətirib buraxar qapıma?
Hər söylənən yalan soyuq bir xəncər kimi soxularkən bağrıma; çöldə bahar gəlib deyirlər, o da nədir?
İndi bütün fəsillər xəzan, payız fəsli, baharlar çoxdan solub, bu dərd mənimdir kimə nə!.

Bəli canımız yanır zaman-zaman. İçimizdə burulğanlar qopur. Ətrafımızdakı hər kəs bir an bizə uzaq görünür.
Susqunluq baş alıb gedir.
Danışa bilmirik.
İçimizdəki yaranın dərinliyini kimsə görmür.
Dilimiz-dodağımız quruyur.
Gözləmədiyimiz halda qarşılaşdığımız bəzi şeylər uzun müddətli bir durqunluq yaradır bizdə.

Bəs canımız yandığında hansı cümlələrə sığınırıq?

Hansı cümlələr içimizdəki yaranın acısını azalda bilər?

Sizə qarşı edilən səhvlərin bir cümlə ilə yuyulması mümkündürmü?

Категория: Meslehetli xeberler | Просмотров: 577 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]