SAYTA GİRİŞ
Главная » 2009 » Mart » 28 » Shou_Biznesden En son xeberler
10:25
Shou_Biznesden En son xeberler
Azərbaycanlı iş adamı Rza Zərrab hazırda Ebru Gündəşlə birlikdədir



Azəri qızı Günellə Ebru Gündəşin əldə etmək üçün mübarizə apardıqları azərbaycanlı iş adamı Rza Zərrabın fotosu ilk dəfə ortaya çıxıb.

25 yaşlı iş adamının Bakıda iri neft biznesinin olduğu bildirilir.

Qeyd edək ki, Rza Zərrab Azəri qızı Günellə 8 il eşq yaşayıb, onlar ötən ilin oktyabrında ayrılıblar. Daha sonra Zərrabın Ebru Gündeşlə sevgili olduğu ortaya çıxıb. Bundan sonra Günellə Gündəş arasında söz atışması başlayıb. Günel Rza Zərrabın hələ də ona sevgi mesajları göndərdiyini iddia edib. Ebru Gündəş isə bur iddiaların doğru olmadığını bildirib. Ən sonda mübahisələrə Rza Zərrab da qatılıb və o, Günelin yalan danışdığını deyib, Azəri qızının onunla barışmaq üçün hətta ibrahim Tatlısəsi elçi saldığını söyləyib.


Türkiyənin tanınmış aktrisa-müğənnisi Hülya Avşarın sevgilisi, iş adamı Sadəddin Sarandan ayrıldığı barədə xəbərlər yayılıb.

$IMAGE2$

$IMAGE3$


Məlumata görə, aktrisa iki ildir, sevgilisinin villasında yaşayır. Bu yaxınlarda isə Avşar qızı həmin evdən ayrılıb və özünün İstanbulun Sarıyer rayonunda yerləşən villasına köçüb.

“Habertürk Magazin” Hülya Avşar evinə gələrkən, onun şəkillərini çəkib. Aktrisanın maşınından çamadanlar boşaldılarkən obyektivə yaxalanıb. İddiaya görə, yaxınlarda anası Emral Avşarı itirən aktrisa-müğənni depressiyaya düşüb və əsəb sistemində problem yaranıb. Bu səbəbdən cütlüyün arasında bəzi narazılıqlar başlayıb. Onlar sevgilərini qorumaq üçün bir müddət ayrı yaşamağa qərar veriblər.

Sevgililər isə yayılan xəbərlərlə bağlı heç bir açıqlama vermirlər.
Qeyd edək ki, Hülya Avşar əvvəllər iş adamı Qaya Çilingəroğlu ilə evli olub, bu izdivacdan Zəhra adlı qızları var.

Müğənni Röyanın mahnılarına qoyulan qadağa ortadan götürülüb

$IMAGE4$



Röya Ayxanın mahnıları yenidən “Çudo Peçka” mağazalar şəbəkəsində səsləndirilməyə başlanıb. Xəbərə görə Röyanın “Unuduldum” mahnısı “Çudo Peçka”nın “Sahil” metrosu yaxınlığındakı mağazasında səsləndirilib.

Qeyd edək ki, Röya “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbərinin oğlu Anar ilə evləndikdən sonra mahnılarının bu mağazalarda səsləndirilməsinə qadağa qoyulmuşdu. Qadağaya Anarın qohumlarının toyun əleyhinə çıxmaları səbəb olmuşdu.

İndi isə tərəflər barışığa gəliblər. Bu barışdığın nişanələri Röyanın hələ mart ayındakı konsertində özünü büruzə verib. Belə ki, həmin konsertdə Röyanın həyat yoldaşı Anarın nənə və babası da iştirak edib.

Türkiyəli məşhur müğənninin 25 yaşli sevgilisinin Bakida neft biznesi olan atasi kimdir? 


Türkiyə mətbuatı məşhur müğənni Əbru Gündəş və onun 25 yaşlı azərbaycanlı sevgilisi haqda yeni xəbərlər yayıb. Bu dəfə bildirilir ki, cütlük ötən həftə özəl təyyarə ilə İstanbuldan Antalyaya istirahətə gedib və otellərdən birini bağladaraq əyləncə mərasimi təşkil ediblər. Mərarəsimdə İstanbuldan özəl olaraq aparılmış Ziynet Şallı sevgililər üçün oxuyub. Mərasimin iki gün gecə səhərə qədər davam etdiyi bildirilir.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Türkiyə mətbuatı Əbru Gündəşlə onun azərbaycanlı sevgilisi Rza Zərrabın arasının dəydiyini yazmışdı. Bu xəbərlərdə deyilirdi ki, Zərrab müğənni sevgilisi üçün İstanbuldakı zərgərlik mağazalarından birindən 170 min dollarlıq təkqaşlı brilyant üzük alıb. Pulunu isə Azərbaycanda dənizçilik biznesi ilə məşğul olan atasının şirkətinin bank hesabından ödəyib. Atası isə bundan xəbər tutaraq oğluna qəzəblənib və ona zəng edərək üzüyü geri alıb mağazaya qaytarmağı tələb edib. Rza Zərrab isə üzüyü Əbru Gündəşdən alaraq geri qaytarmalı olub və nəticədə onların arası dəyib.

Ancaq “Haberturk” kanalının xəbərindən belə məlum olur ki, Rza Zərrab hələ də müğənni ilə “fırlanır”. Bildirilir ki, Antalyada təşkil olunan əyləncə mərasimində Ziynət Şallı orkestri ilə birlikdə iştirak edib. Gündəş və yanındakılar əyləncə mərasimimindən görüntülərin çəkilməsini önləmək üçün orkestr üzvlərinin cib telefonlarını toplatdırıb. Məlumata görə, Rza Zərrab sözlərini özü yazdığı “Sadəcə sevdim” adlı mahnını da Əbru Gündəşə verib. Bildirilir ki, sevgililər münasibətlərinin yaxşı olduğunu göstərmək üçün bir-birlərinə sarılıblar. Əbru Gündəş Rza Zərrabdan 10 yaş böyükdür. “Haberturk” qeyd edir ki, Gündəşin sevgilisinin atasının Bakıda iri neft biznesi də var. Bundan əvvəl Rza Zərrab Türkiyədə yaşayan azərbaycanlı müğənni Günellə münasibətlərdə olub. Hazırda Günel Əbru Gündəşi onun sevgilisini əlindən almaqda ittiham edir və deyir ki, Rza Zərrab hələ də onu sevir.

Əbru Gündəşlə onun azərbaycanlı sevgilisi arasında münasibətlər Azərbaycan oxucusu üçün təkcə şou-biznes xəbəri hesab edilə bilməz. Bu münasibətlər həm də ona görə diqqəti cəlb edir ki, Azərbaycanın sərvətləri hesabına varlanan bir çox məmurların övladları da türkiyəli məşhur müğənnilərin “sevgisini qazanmaq” üçün son vaxtlar bir-biri ilə yarışırmış kimi onlara bahalı hədiyyələr verirlər. Bu hədiyyələr sırasına 20 min avroluq qadın çantası, Bakıda 500 min dollarlıq villa, brilyant qaşlarla bəzədilmiş 30 min dollarlıq mikrafon və s. daxildir. Rza Zərraba və onun atasına gəldikdə isə onların barəsində hələlik geniş məlumatlar yoxdur. Ancaq ehtimal olunur ki, o, əslən Cənubi Azərbaycandandır və atası Bakıda iri bizneslə məşğul olur. Rza Zərrabın atasının biznesinə, xəbərdə deyildiyi kimi, iri neft yatırımları da daxildir və bu baxımdan məsələ növbəti dəfə Azərbaycanın sərvətləri hesabına əldə edilən dollarların məşhur müğənnilərlə kef məclislərinə necə sovrulduğuna yönəlir.

             YALNIZ BIZIM SAYTDA   Www.Efirdi.Tk

Категория: Şou-biznes xeberleri | Просмотров: 3557 | Добавил: efirdi | Рейтинг: 2.0/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]