SAYTA GİRİŞ
Главная » 2010 » Yanvar » 1 » 3G-ni hansı telefonlar dəstəkləyir? (Siyahı)
01:27
3G-ni hansı telefonlar dəstəkləyir? (Siyahı)


Azərbaycanda 3G texnologiyasını yalnız "Nokia” telefonları dəstəkləyir "Nokia”nın bu xidməti dəstəkləyən telefonlarını əldə etməklə "Mobil TV", həmçinin məkan xidmətlərindən (hava haqqında məlumat almaq, yol hərəkətini canlı şəkildə izləmə, zəng etdiyin insanı görmək və s.) istifadə etmək mümkündür.


3G sistemini dəstəkləmək üçün istifadəçinin smartfon tipli telefonu olmalıdır. Belə telefonların texniki göstəricilər hissəsində UMTS, WCDMA və ya 3G işarələrindən biri qeyd olunur. Danışanda hər iki adamın bir-birini görməsi üçün telefonda ön kamera olmalıdır.


Dekabrın 16-da "Azerfon” şirkəti Azərbaycanda ilk dəfə olaraq 3G texnologiyasının təqdimatını keçirib, öz yeni brendini - "Azerfon-Vodafon”u təqdim edib. "Azerfon”un korporativ ünsiyyət meneceri Elşad Fərzəliyevin "Media forum” saytına dediyinə görə, təqdimat günü 60 min "Nar Mobile” abonenti 3-cü nəsil mobil rabitə xidmətindən yaralana bilib.


E.Fərzəliyevin sözlərinə görə, 3G Azərbaycanda yeni texnologiya olduğundan abonentlər daha çox istifadə qaydalarını və hansı mobil telefonlardan istifadə edə biləcəklərini öyrənmək üçün müraciət edirlər: "Əsasən hansı telefonlara üstünlük vermək lazımdır, telefonun hansı özəllikləri olmalıdır, telefonda bunu necə aktivləşdirmək lazımdır kimi suallarla müraciət edirlər. Şirkətimiz bu sahədə müəyyən maarifləndirici layihələr həyata keçirməyi planlaşdırır”.


İtv.az saytı "Media forum”a istinadən "Nokia” telefonlarının 3G texnologiyasını dəstəkləyən modellərini təqdim edir.


Nokia E 75
Nokia E72
Nokia E71
Nokia E66
Nokia E55
Nokia E52
Nokia N900
Nokia N97
Nokia N96
Nokia N90
Nokia N86
Nokia N85
Nokia N82
Nokia N79
Nokia N76
Nokia N75
Nokia N73
Nokia 6700
Nokia 6600
Nokia 5610
Nokia 6210
Nokia 6220
Nokia 5235
Nokia 5230
Nokia 5730
Nokia 7230
Nokia 3806
Nokia 5330
Nokia 6788
Nokia 6760
Nokia 6730
Nokia 6720
Nokia 7705
Nokia 2730
Nokia 6260
Nokia 3120


"Nokia” modelləri arasında ən ucuz mobil telefon olan Nokia 3120-nin qiyməti 137 manatdır (zəmanətsiz). Ən baha model - N900
sə 850 manatdır (zəmanətsiz).

Категория: Texnoloqiya | Просмотров: 1192 | Добавил: efirdi | Рейтинг: 4.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]