SAYTA GİRİŞ
Главная » 2010 » Yanvar » 1 » Bakı sakinlərinə növbəti Yeni il hədiyyəsi
01:22
Bakı sakinlərinə növbəti Yeni il hədiyyəsi


Dənizkənarı Milli parkda buz meydançası yaradılıb Dünyanın əksər iri şəhərləri kimi Azərbaycanın paytaxtı yeni ilə hazırdır. Hətta bayram günü Bakı sakinlərini yenilik də gözləyir. Dənizkənarı Milli parkda buz meydançası yaradılıb. Bu, Azərbaycanda açıq havada fəaliyyət göstərəcək ilk belə ünvandır.
"Www.Efirdi.Tk” xəbər verir ki, Əriməməsi üçün mənfi 9 dərəcə temperaturda saxlanılan buz meydançasının qalınlığı 7 santimetrdir. Mütəxəssislər bildirir ki, yalnız qış mövsümü üçün nəzərdə tutulan bu meydançanı paytaxtda uzun müddət saxlamaq mümkün olmayacaq. Martın sonlarına kimi fəaliyyət
göstərəcək meydança apreldən əvvəlki təyinatı üzrə istifadə ediləcək.
Buz meydançası üçün lazım olan bütün avadanlıqlar Hollandiyadan gətirilib və yerli mütəxəssislər tərəfindən quraşdırılıb. Buz təbəqəsi 5 saat ərzində, xüsusi qurğu vasitəsilə yaradılıb. Min kvadratmetrlik ərazidə yaradılan bu meydançadan yayda roller və skeyt həvəskarları da yararlana biləcəklər.
Xüsusi təlimatçılar bura gələnləri buzda sürüşmək üçün konki ilə təchiz edəcək, sürüşə bilməyənləri öyrədəcəklər.
Qiymətlərə gəldikdə isə buzda 10 dəqiqə sürüşmək istəyənlər 5, 20 dəqiqə üçün 8, 40 dəqiqəyə 14, 1 saat üçünsə 20 manat ödəməlidirlər. 5 yaşınadək uşaqlar, eləcə də təlimat almayanlar meydançaya buraxılmayacaq.
Bayrama hazırlıq təkcə bununla bitmir. Bakıda iki böyük şam ağacı da quraşdırılıb. Bakının küləkli şəhər olması nəzərə alındığından quraşdırılan şam ağacları hündür olması məqbul hesab edilməyib. Azneft meydanında quraşdırılan yolkanın hündürlüyü 12 metrə yaxındır.

 

Категория: Medeniyyet | Просмотров: 1274 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]