SAYTA GİRİŞ
Главная » 2010 » Yanvar » 1 » Böyük Britaniyada azyaşlı narkomanların sayı artmaqdadır
01:10
Böyük Britaniyada azyaşlı narkomanların sayı artmaqdadır


Əksər gənclərin narkotik qəbul etməsi evdə və məktəbdə yaşanan problemlərlə bağlıdır Son 4 ildə Böyük Britaniyada kokain asıllığından müalicə olunan yeniyetmələrin sayı demək olar ki 2 dəfə artıb. Bununla yanaşı yaşlılar arasında müalicə olunanların da sayı yüksəkdir. Çünki onlar da haçansa yeniyetmə vaxtlarında narkotik qəbuluna meyilli olubılar. "The Times” qəzeti yazır ki, ekspertlər bunun səbəbini narkotikin "kübar cəmiyyət imici” olmağı ilə izah edirlər.
Statistik məlumatlarda deyilir ki, yaşı 18 qədər olan britaniyayılar arasında kokain asıllığından əziyyət çəkənlərin sayı 2005-2006-cı illərdəki 453 nəfərdən 2008-ci ildə 745-ə yüksəlib. Onların arasında 15 uşağın hələ 12 yaşa çatmadığı bildirilir.
Ümumiyyətlə, 2008-ci ildə narkotik və alkoqol asıllığına görə 24053 britaniyalı yeniyetmə müalicə alıb.
Yeniyetmələr arasında ən çox alkoqoldan və marixuanadan istifadə olunur. Son dövrlər heroin və krekdən istifadədənsə, buruna çəkmək üçün heroin duzuna üstünlük verilir

Категория: Sağlamliq | Просмотров: 418 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]