SAYTA GİRİŞ
Главная » 2010 » Yanvar » 1 » Silvio Berluskoni Vladimir Putinə mərcdə uduzdu
01:17
Silvio Berluskoni Vladimir Putinə mərcdə uduzdu


İndi Berluskoni Uaz -Patriot markalı avtomobili almalıdır İtaliyanın baş naziri Silvio Berluskoni, 7 Yanvar tarixində işə başladığında Rusiya istehsalı olan 4x4 Uaz -Patriot markalı avtomobili almaq və istifadə etmək məcburiyyətində qalacaq. İtaliyalı baş nazir rusiyalı həmkarına mərcdə uduzduğu üçün belə bir addım atacaq.
Belə ki, yayın son aylarında S. Berluskoni ilə görüşən Putin 5 ay müddətində Vladivostok şəhərində yeni avtomobil fabriki quracağını söyləyib. Qısa müddətdə fabrik açmağın mümkün olmadığını bildirən Berluskoni "sənin fabrikin yeni ilə qədər istehsala başlasa, ilk cipi mən alıb bir il boyunca iş avtomobili olaraq istifadə edəcəyəm" söyləyib.
Rus sürücüləri arasında "təkərli tabut” adlandırılan UAZ-Patriot markalı avtomobil dünən Solers fabrikinin bantlarından enib. Avtomobili sınayan Putün ”birini 10% endirimlə Berluskoniyə göndərin deyə" deyə təlimat verib.
Qeyd edək ki, Rusiya qlobal böhranla əlaqədar bu il Yaponiyadan Rusiyaya idxal edilən ikinci nəsil avtomobillərinin gömrük vergisini astronomik dərəcədə artıraraq, yerli istehsala üstünlük vermişdi. Yaz aylarında V. Putin bir başqa Rusiya istehsalı olan "Niva” markalı cipin reklamını Soçi şəhərində etmişdi

Категория: Siyaset | Просмотров: 509 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]