20:48 >>>İNTERNETİN QİYMETİ KESKİN UCUZLAŞACAQ <<< | |
Bu gün ən maraqlı hadisələr Azərbaycanın internet bazarında baş verir. İntirnet xidməti göstərən dövlət şirkətlərinin ardınca, özəl prorvayderlər də qiymətləri aşağı salmağa başlayıblar. Bir neçə şirkət qiymətlərin müxtəlif formada azaldıldığını elan ediblər. Amma mütəxəsislər ucuzlaşmanın hələ başa çatmadığını bildirirlər.
Bir qədər əvvəl internet xidmətlərini ucuzlaşdıran dövlət şirkətlərinin ardınca özəl internet şirkətləri də qiymətləri aşağıv salmağa başlayıblar. Son bir neçə gün ərzində internet şirkətlərinin bir qrupu bu və ya digər formada qiymətlərinə dəyişikliklər ediblər. Ucuzlaşma ölkədəki 30-a yaxın provayderin əksəriyyətini əhatə edib. Ayrı-ayrı şirkətlərdə xidməğlərin 2 dəfə ucuzlaşması qeydə alınıb. Ucuzlaşma nəticəsində 128 kilobaytlıq internet xəttinin aylıq abunə haqqı 25-30 manata, 1 meqabytlıq xəttin abunə haqqı isə 320-350 manata enib. Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanovun sözlərinə görə, ölkənin əsas internet provayderlərinin əksəriyyəti qiymətlərinə yenidən baxıb. Bununla yanaşı, qeyd edək ki, ucuzlaşma daha çox geniş zolaqlı internet xəttinin qiymətinə təsir edib. Burda enmə 2 dəfəyə çatır. İnternetə kart və telefon xətti vasitəsilə daxil olanlar üçün isə ucuzlaşma cüzidir. Qalib Qurbanovun sözlərinə görə, burda məqsəd əhalini geniş zolaqlı internet xidmətinə cəlb etməkdir. Amma ucuzlaşma heç də bütün şirkətlərə aid deyil. Bəziləri qiymətləri aşağı saldıqlarını elan etsələr də qiymətlərlə tanış olandan sonra məlum olur ki, əslindlə qiymətlər dəyişməyib, sadəcə internetin sürəti və keyfiyyəti artıb. Qiymətlərin dəyişməsi internet bazarında rəqabəti artırıb. Və indiyədək qiyməti dəyişməyən şirkətlər də öz tariıflərinə yenidən baxmağa məcbur olublar. Bəzi şirkətlər yaxın günlərdə yeni qiymətlər elan edəcəklər. Bununla yanaşı, bəzi mütəxəsislər qiymətlərin lazımi səviyədə ucuzlaşmadığını bildirirlər. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzunün sözləorinə görə, ucxuzlaşma proçsesi hələ başa çatmayıb və qiymətlər bundan da artıq enməliydi. Amma internet bazarında ən giddi dəyişikliklər və ucuzlaşma hələ qabaqdadır. Bir neçə saat əvvəl ölkəyə internet xidmətlərinin əsas təqdimatçısı «Delta Telekom» şirkəti ölkənin internet şirkətlərinə verdiyi internet xətti üzrə qiymətləri iki dəfə aşağı saldığını açıqlayıb. Şirkətdən İctimai Televiziyaya bildiriblər ki, indiyədək özəl şrkətlərə 550 manata satılan1 meqabitlik internet xəttinin qiyməti sürəti 2 dəfə artırmaqla 275 manata endirilib. Bu qiymətləri nəzərə alanda provayderlər 1 meqabitlik internet tutumunun aylıq abunə haqqını 80 manatadək, hətta ondan aşağı da endirə bilərlər. Bu isə hətta endirimdən sonrakı qiymətlərdən də 2 dəfə aşağıdır. Ölkənin internet cəmiyyəti bu dəyişikliyə dərhal reaksiya verib. Mütəxəssilərin sözlərinə görə, artıq bazarda zəncirvari proseslər başlanıb və bu qərardan sonra özəl şirkətlər öz qiymətlərini ikinci dəfə aşağı salmalıdırlar... | |
|
Всего комментариев: 0 | |