SAYTA GİRİŞ
Главная » 2009 » Fevral » 16 » Bextiyar Vahabzade vefat etti.
12:24
Bextiyar Vahabzade vefat etti.
 
 Bəxtiyar Vahabzadə vəfat etdi
Xalq şairi ilə vida mərasimi sabah BDU-da keçiriləcək

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib. ANS PRESS-in məlumatına görə, xalq şairi ilə vida mərasimi fevralın 14-də keçiriləcək. Bakı Dövlət Universitetindən aldığımız xəbərə görə, vida mərasimi bu təhsil ocağında baş tutacaq. Hələlik ölkə prezidenti İlham Əliyev tərəfindən dəfn komissiyasının formalaşdırılması ilə bağlı sərəncam verilmədiyindən, mərasimin saat neçədə keçiriləcəyi məlum deyil. Bu axşam dəfn komissiyasının formalaşdırılacağı və iclas keçirəcəyi gözlənilir. Vida mərasimi ilə bağlı bütün detallar da yalnız iclasdan sonra məlum olacaq.

Şair, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycanın xalq şairidir.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Bəxtiyar Vahabzadə 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaucan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə Universitetin nəzdində aspiranturaya qəbul olunub. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya Müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətilə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə(1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).

Allah rəhmət eləsin!
Категория: Medeniyyet | Просмотров: 1273 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]