22:01 >>>18 yaşlı azerbaycanlı qız dehşetli ağrılar içinde can verib<<< | |
Rusiyanın Sankt-Peterburq şəhərində həkimlərin kömək göstərməkdən imtina etdikləri 18 yaşlı azərbaycanlı qız dəhşətli ağrılar içində vəfat edib. Rus muxbirlerinin “5 tv” yə istinadən verdiyi məlumata görə, dəhşətli hadisə fevralın 12-də baş verib.
Hadisədən bir gün əvvəl Elvira Cəfərovanın vəziyyəti qəflətən pisləşib. Valideynləri “təcili yardım”a zəng ediblər. Həkim əvvəlcə ciddi bir şey olmadığını deyərək gəlmək istəməyib. Lakin təkidlərdən sonra gələn həkim Elviranı nəzərdən keçirərək ona səhv diaqnoz qoyub. Həkim əminliklə bildirib ki, 18 yaşlı qızda adi ostrexandrozdur və hər şey öz-özünə keçəcək. Elvira Cəfərovanın atası Eldar Cəfərov: “O gedəndən sonra uşaq yenə özünü pis hiss etməyə başladı. Həyat yoldaşım əsəbiləşərək yenidən “təcili yardım”a zəng etdi. Onlar dedilər ki, həkim artıq bizdə olub və ostrexandroz kimi boş şeyə görə “təcili yardım”a zəng etməyək». Elvira bütün gecəni dəhşətli ağrılar içində qovurulub. Səhər tezdən də halında heç bir dəyişiklik olmayıb. Elvira Cəfərovanın anası Arifə Cəfərova: “Gecəni birtəhər keçirtdik. Səhər tezdən isə gördük ki, uşaq artıq göyərməyə başlayıb. Mən zəng edirdim, onlar isə mənimlə danışmaq belə istəmirdilər. Sonra mən hönkürməyə, yalvarmağa başladım”. Tez-tez zəng edilməsi “təcili yardım”ın növbətçisinin “zəhləsini töküb”. Atasi bildirir ki, artıq telefon xəttinin o biri başında onu ciddiyə almırlarmış. Elvira Cəfərovanın atası Eldar Cəfərov: “Mən yenidən dəfələrlə onlara zəng etdim. Amma “Jukov küçəsi” deyən kimi axıra qədər qulaq asmadan dəstəyi atırdılar”. Nəhayət, Cəfərovların evinə başqa – daha savadlı həkim gəlib. O, daha dəqiq diaqnoz qoyaraq uşağın xəstəxanaya aparılmasının vacib olduğunu bildirib və reanimobil çağırıb. Elviranı xəstəxanaya aparsalar da, artıq gec olub. Onu hələ 24 saat əvvəl xilas etməyə başlamaq lazımmış. Artıq xəstəxanaya çatdırılandan 1 saat sonra Elvira keçinib. Valideynlərinə isə bildiriblər ki, Elvirada çox kəskin formada ikitərəfli pnevmoniya olub. Cəfərovlar ailəsinin qonşusu Raisa İsmatova: “Qız artıq ağrılardan qışqırırdı! Mən “təcili yardım” gələnə qədər onun əlini öz əlimin arasına alanda, barmaqlarının soyuduğunu hiss etdim”. Elviranın valideynlərinin uzun müddət və nəticəsiz şəkildə zəng etməyə çalışdıqları “təcili yardım” bölməsində baş verəni şərh etməkdən imtina edirlər. Deyirlər ki, bütün sualları baş həkimə ünvanlamaq lazımdır. Amma o da susmağa üstünlük verir. Elviranın qohumları və tanışları onunla Santk-Peterburqun 26 saylı şəhər xəstəxanasında vidalaşıblar. Elvira Cəfərova Azərbaycanda dəfn eiləcək. Bundan sonra onun valideynləri etinasız və savadsız həkimləri məhkəməyə verməyə hazırlaşırlar. | |
|
Всего комментариев: 0 | |