SAYTA GİRİŞ
Главная » 2009 » Mart » 8 » TÜRKİYEDE MARAQLI HADİSE BAŞ VERİB
11:01
TÜRKİYEDE MARAQLI HADİSE BAŞ VERİB
Allah insanı ölüm astanasından belə xilas edir.

Mersin şəhərində yükdaşıma deposunda çalışan 32 yaşlı Cem Tokac möcüzə nəticəsində sağ qalıb. Baş vermiş hadisə bütün Türkiyəni şoka salıb. Belə ki, depodan çıxan yük maşını sağ tərəfdən gələn qatarla toqquşub. Bu zaman dəmiryolunun yanında duran Cem Tokac qatarla toqquşan yük maşının altında qalıb. Hadisəni ərazidə olan təhlükəsizlik kamerası lentə alıb. Hadisə baş verəndən sonra dərhal ərazidə olan işçilər 32 yaşlı Mersin sakinin təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar. Qəzadan sonra möcüzə nəticəsində sağ qalan Cem Tokac yerli mətbuata açıqlamasında hadisə barədə heç nə yadında qalmadığını yalnız dostlarının ona yardım göstərdiyi anları az da olsa xatırladığını bildirib. Qeyd edək ki, qatarla toqquşan yük maşının sürücüsü də sağ qalıb. O yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb...

Категория: Maraqlı xəbərlər | Просмотров: 1203 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]