SAYTA GİRİŞ
Главная » 2009 » Mart » 12 » ŞOK! 117 minlik “Range Rover”i elinden alınıb
18:38
ŞOK! 117 minlik “Range Rover”i elinden alınıb
 

“Pulunu ödəyə bilməyəcəkdisə, nə üçün o cür bahalı maşın alırdı?”

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyilə məşhur müğənni Rəqsanə İsmayılovanın Yasamal rayon Məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətinə baxılıb.Rəqsanə 2006-cı ildə “Pareks lizinq And Faktorinq” MMC ilə müqavilə bağlayaraq lizinq yolu ilə “Range Rover Sport” markalı xarici avtomobil alıb. Avtomobilin qiyməti 117 min ABŞ dolları olub. Müğənni əvvəlcədən 25 min dollar ödəyib. Lakin bir müddət sonra şirkət müğənninin avtomobilini geri alıb. Buna səbəb müğənninin ipoteka qaydalarının lizinqdə tətbiq olunmasını istəməsi olub. Qarşı tərəf isə bununla razılaşmayıb.

Müğənni bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edərək, MMC ilə bağlanmış müqavilənin etibarsız sayılmasını, avtomobilin hərrac yolu ilə satılmasını, əldə olunan vəsaitlə öz pulunun geri qaytarılmasını, qalan pulun isə qarşı tərəfə çatmasını istəyib. Lakin rayon məhkəməsi bu il yanvarın 16-da çıxardığı qərardadla qalmaqallı müğənninin iddiasını təmin etməyib.

Onu da bildirək ki, müğənni Rəqsanə Dövlət Yol Polisi İdarəsində avtomobili öz adına sənədləşdirib və avtomobilə “10-JR-090” dövlət nömrə nişanı verilib.

Müğənninin vəkili Xalid Bağırov bu gün keçirilən məhkəmə prosesində çıxış edərək Rəqsanənin MMC-nin nümayəndələri ilə şəxsi münasibətlərinin olduğunu (vəkil müğənninin konkret olaraq MMC rəhbərliyi, yoxsa şirkətin sıravi nümayəndələrilə şəxsi münasibətlərinin olduğunu deməyib - P.A.) önə çəkib. O, tərəflər arasında bağlanmış müqavilənin düzgün rəsmiləşdirilmədiyini deyib: “Şəxsi münasibətlər olub, bu səbəbdən də qarşı tərəf kredit verməyə razı olub. Ancaq müqavilə düzgün rəsmiləşdirilməyib”.

“Pareks lizinq And Faktorinq” MMC-nin hüquqi nümayəndəsi, vəkil Siracəddin Kərimov isə Rəqsanənin televiziya və qəzetlərdə çıxış etdiyini xatırladaraq, müğənninin əqli cəhətdən normal adam kimi göründüyünü deyib. O, həmçinin müğənninin vəkilinə “müqavilə bağlanarkən Rəqsanə xanıma hansısa təzyiq edilibmi” sualını verib. Lakin qarşı tərəf sualı cavablandırmaqdan imtina edib. Müğənninin vəkili deyib ki, kredit müqaviləsi bağlayarkən əksər şəxslər onun şərtlərini oxumur.

S.Kərimov isə təmsil etdiyi qurumun müştərilərlə bağladığı müqavilələrin mətninin eyni olduğunu bildirib. “Əgər pulunu ödəyə bilməyəcəkdisə, nə üçün Rəqsanə xanım o cür bahalı maşın alırdı?!” – deyə, o əlavə edib.

Hakim Mirzə Tağızadə isə tərəfləri barışığa çağırıb. MMC-nin vəkili isə qarşı tərəflə barışıq əldə etmə ehtimalının olmadığını bildirib. Belə olanda hakim “hər halda, siz gedin şirkətin rəhbərliyinə barışıq təklifini çatdırın” deyib. Hakim həmçinin Rəqsanənin vəkilinə də analoji təklifin müğənninin özünə çatdırılmasını istəyib.

Məhkəmə prosesi davam edir.
Категория: Şou-biznes xeberleri | Просмотров: 1011 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]