SAYTA GİRİŞ
Главная » 2009 » Aprel » 11 » Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
17:53
Qadınlara Futbolu Sevdirməyin 5 Üsulu
   
 
 
Futbol daha çox kişilərin sevimli oyunu hesab olunur. Buna görə də stadionda, eləcə də evdə futbolu seyr edənlərin əksəriyyətini kişilər təşkil edir. Həyat yoldaşının və ya sevgilisinin, yaxınının stadiona yollanmasından narazı qalan o qədər xanımlar var ki! Ailə televizor qarşısında əyləşərkən “Futbol, yoxsa teleserial?” mövzusu ətrafında qızğın mübahisələr getməsinə dair misallar çoxdur. Belə məqamlarda kişilər futbola, qadınlar isə seriala (yaxud xanımlara aid digər proqramlara) baxmaq istəyirlər. Bəs, qadınlara futbolu necə sevdirməli? Mütəxəssislər “idmanın şahı”nı xanımlara sevdirmək üçün 5 üsul təklif edirlər. Gəlin bunları bir-bir nəzərdən keçirək:


1. Onunla danışın

Kişilər çox danışmağı xoşlamasalar da, futbolun əsl mahiyyətini qarşı tərəfə başa salmaq üçün vaxt ayırmalıdırlar. Belə olarsa, qadınlar kişiləri dinləyər və bu idman növünü anlamağa başlayarlar, onlarda futbola qarşı rəğbət hissi oyanar.


2. Futbolun yaxşı tərəflərini açıqlayın

Matçı izləməmişdən öncə futbolun yaxşı cəhətlərini açıqlayın. Qadınlara futboldakı lap adi anlayışlar barədə məlumat vermək lazımdır. Bu informasiyaları effektli şəkildə xanımlara çatdırsanız, onlar futbola baxmaqdan əsl zövq alacaqlar. Amma bir az diqqətli olun! Əgər xanımın beynini informasiya ilə “yükləsəniz”, işlər korlanacaq. Həmin xanımda futbola nifrət yaranacaq.


3. Onun danışmasına və söz soruşmasına icazə verin

Oyuna baxarkən, xanım sizə bir çox suallar verə bilər. Buna əsla qızmayın! Kişilər başa düşməlidir ki, qadınlar maraqlandıqları üçün sual verirlər. Əgər xanıma səssiz olmasını və sual verməməsini desəniz, o, bütün marağını itirər. Qabaqlayıcı tədbirlər də var. Hər ehtimala qarşı, öncə fanatı olduğunuz komandanın görüşünü seçməyin. Xanımla birgə sıradan bir komandanın oyununa baxın. Çünki belə olan halda, zərif cins nümayəndəsinin danışması və suallar verməsi sizin sinirlərinizə toxunmayacaq.


4. Onun üçün günü özəlləşdirin

Əgər futbol matçının keçirildiyi günü xüsusi günə çevirsəniz, xanımın fikirlərində müsbətə doğru dəyişiklik olacaq. Bundan ötrü həmin gün onunla daha mehriban davranın, mətbəxdə az vaxt keçirməsi üçün yaxınlıqdakı restorandan yemək sifariş verin. Həmin gün qadının qayğılarına şərik çıxın, problemlərinin həllinə çalışın ki, o da futboldan yaxşı zövq ala bilsin.


5. Ona forma alın

Xanımların geyimə qarşı həssaslığı yəqin ki, heç kəsdə şübhə doğurmur. Bəzən günün böyük hissəsini geyim dükanlarında keçirən qadınlar var. Yaxşı olar ki, xanımla birgə alış-verişə çıxasınız və ona fanatı olduğunuz komandaya aid nəsə alasınız. Əgər ona qadınlar üçün dizayn edilmiş forma alsanız, xanımda dərhal azarkeş hissləri baş qaldıracaq.
Категория: Dunyadan xeber | Просмотров: 811 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]