SAYTA GİRİŞ
Главная » 2009 » Aprel » 24 » » 21-ci esr atalar sözleri
12:24
» 21-ci esr atalar sözleri
 
 
1. Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.

2. Tutulmadınsa, rüşvətxor deyilsən.

3. İt itin ayağını basmaz. Pedikürü pozular.

4. Gözələ baxarlar. Yanında oğlanı olmasa.

5. Hər şeyimiz düzəldi, qaldı bircə saqqal fenimiz.

6. Salam aldın, çek tələb et.

7. Bir oğlan bir oğlanındı. Tbilisi prospektində

8. Hər gözəlin bir eybi var. Mənim də.

9. Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.

10. Qozbeli aerobika düzəldər.

11. Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.

12. Quzunu tapşırıb qurda, qurdun da dişləri yoxdur.

13. Uzaq qohumdansa yaxşı yerdə işləyən qonşu yaxşıdır.

14. İki qoçun başı bir qazanda qaynamaz. Qaz az gəlir.

15. Qızı özbaşına buraxsan ya sekuritiye gedər, ya da sintizator çalana.

16. Qara qızın problemi var.

17. Qızını döyməyən bar müdüründən inciməsin.

18. Bələdiyyədən çıxdıq, İcra hakimiyyətinə düşdük.

19. Su axar çuxurunu tapar-alt mərtəbədəki qonşunun evi batar.

20. Balıq bilməsə də Xalıx bilər, balığa deyər.

21. Niyyətin hara, mənzilin ora. Əsas odur qazı, işığı, suyu daimi olsun.

22. Qız barda gəzir yox xəbəri oğlanların.

23. İlanı yuvasından çıxarırlar, yuvanın sərəncamı yoxdur.

24. Sabun əli yuyar, əl də qayıdar. . . amma həmişə yox.

25. Kosmetika sevən göyçək olar.

26. Yetimdən soruşdular ki, kimi vurarsan? Dedi:"Çörək sexinin müdirini".

27. Yel əsir, "podruqa"lar oynayır.

28. Ağa deyir, sür dərəyə. Sürmürəm, özün sür get.

29. Gədədən mer olmaz.

30. Allah min dərd verəndə, min bir dərman firması verir.
Категория: Maraqlı xəbərlər | Просмотров: 1686 | Добавил: efirdi | Рейтинг: 3.6/8
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]