SAYTA GİRİŞ
Главная » 2009 » May » 3 » Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisənin qurbanları bu gün də anılır
20:59
Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisənin qurbanları bu gün də anılır
İnsanlar akademiyada helak olanlar üçün yaradılmış guşenin qarşısına gelerek güller düzürler

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisənin qurbanları bu gün də anılır. İnsanlar  hadisənin baş verdiyi akademiyada həlak olanlar üçün yaradılmış guşənin qarşısına gələrək güllər düzürlər.

Qanlı faciə nəticəsində yaralananlardan 4 saylı xəstəxanada olan Zemfira Hüseyinlinin vəziyyəti normaldır.1 saylı şəhər xəstəxanasında olanların vəziyyəti isə orta ağırdır. Bu xəstəxanada olanlardan üç nəfər bu gün əməliyyat olunacaq.

Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü öldürüb.

Cinayəti törədən şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.

Faktla bağlı bir nəfər F. Qədirovun həmkəndlisi Nadir Əliyev şübhəli şəxs qismində saxlanılıb./ANS TV/

Категория: Azerbaycandan xeber | Просмотров: 607 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]