SAYTA GİRİŞ
Главная » 2009 » May » 3 » Neft Akademiyasında baş vermiş silahlı hücum nəticəsində yaralananlardan 9-nun vəziyyəti normaldır
21:03
Neft Akademiyasında baş vermiş silahlı hücum nəticəsində yaralananlardan 9-nun vəziyyəti normaldır

Hekimler bütün xestelerin veziyyetinin getdikce yaxşılaşdığını bildiribler

Dövlət Neft Akademiyasına aprelin 30-da baş vermiş silahlı hücum nəticəsində hazırda stansionar müalicə alan yaralanan şəxslərdən 9-nun da vəziyyəti normaldır. 4 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalovun verdiyi məlumata görə, xəstəxanada müalicə olunan Suriya vətəndaşı Ədans Mauanın vəziyyəti getdikcə yaxşılaşır və o, artıq gəzməyə başlayıb. Gələn həftənin sonlarında onun evə buraxılması gözlənilir.
8 yaralının müalicə olunduğu 1 saylı şəhər klinik xəstəxananın cərrahı Əziz Məmmədov isə yaralıların hamısının vəziyyətinin stabil olduğunu və bütün xəstələrin vəziyyəti getdikcə yaxşılaşdığını bildirib.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində 13 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdı. Basqını Gürcüstan vətəndaşı olan Fərda Qədirovun törətdiyi bildirilir. /ANS TV/

Категория: Azerbaycandan xeber | Просмотров: 657 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]