SAYTA GİRİŞ
Главная » 2009 » May » 3 » “Neftçi” Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı başsağlığı verib
21:11
“Neftçi” Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı başsağlığı verib
"Hadise neticesinde müsteqil heyata yenice qedem qoyan genclerin xüsusi amansızlıqla qetle yetirilmesinin terrorizme qarşı nifret hisslerini daha da artırır"

“Neftçi” Peşəkar Futbol  Klubunun kollektivi aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş terror aktından hədsiz kədərləndiyini bildirir. Klubun rəsmi saytı vasitəsilə yayımlanan başsağlığı mesajında, hadisə nəticəsində müstəqil həyata yenicə qədəm qoyan gənclərin xüsusi amansızlıqla qətlə yetirilməsinin terrorizmə qarşı nifrət hisslərini daha da artırdığı qeyd olunur. “Neftçi”nin kollektivi ulu tanrıdan belə hadisələrin bir daha təkrarlanmamasını diləyir, mərhumların ailəsinə dərin hüznlə başsağlığı veririr.  

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində mayın 3-də səfərdə “Karvan”la qarşılaşacaq “Neftçi”  bu gün Yevlaxa yollanır. Dünən axşam saatlarında klubun bazasında son məşqini keçirən paytaxt klubu, bu gün axşam saatlarında matçın keçiriləcəyi Yevlax şəhər stadionunda oyun öncəsi son məşqini keçirəcək. “Neftçi”nin heyətində “Qarabağ”la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Dmitri Kruqlovla yanaşı, zədəlilər Suat Usta, Marian Aliuta və Marko Dafçev “Karvan”la matçda iştirak etməyəcəklər./ANS PRESS

Категория: İdman | Просмотров: 781 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]