SAYTA GİRİŞ
Главная » 2009 » May » 3 » Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin mayın 15-də Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
21:15
Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin mayın 15-də Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Türkiye metbuatının melumatına göre, Receb Tayyip Erdoğanın Rusiya seferindən evvel Bakıya geleceyi gözlenilir

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Rusiyaya səfərinin dəqiq tarixi məlum olub. ANS PRESS, Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Rəcəb Tayyip Ərdoğan mayın 15-də Soçidə Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək. Görüşdə əsasən “Mavi axın-2” qaz kəməri layihəsi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələrin aparılacağı gözlənilir.
Qeyd edək ki, rəsmi Ankara, Rusiyanın bir neçə il əvvəl “Mavi axın-2” qaz kəmərinin çəkilməsi ilə bağlı təşəbbüsünü sükutla qarşılayırdı. Lakin bu ilin yanvarında yaranan qaz böhranı Türkiyə hökumətinin layihəfyə maraq göstərməsi ilə nəticələndi. Bu baxımdan, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin, “Mavi axın” xəttinə paralel olaraq planlaşdırılan və İsrailə də qaz ötürülməsini nəzərdə tutan “Mavi axın-2” layihəsini müzakirəyə edəcək.
Türkiyənin baş nazirinin Rusiyaya səfərinə damğasını vurması gözlənilən mövcular isə Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan münasibətləridir. Xüsusilə ötən ilin yayında Gürcüstanda baş verən hadisələrdən sonra Türkiyəyə qarşı baxışlarını dəyişən Rusiya Qara dəniz bölgəsi və Cənubi Qafqazdakı problemləri kənar müdaxidə olmadan ikilikdə həllinə çalışır. ABŞ-ın bölgədən uzaq tutmaq üçün Türkiyə ilə yaxınlaşmaq niyyətindədir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səylərini artırır. Ekspertlər hesab edir ki, İrəvanla münasibətləri normallaşdırmaq istəyən Ankara da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyirinə irəliləyişlərə nail olunmasına çalışır. Bu baxımdan, Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinlə Ermənistanın atmalı olduğu adıdmlar məsələsidə Moskvanın İrəvana təzyiqləri artırması məsələsini də müzakirə etməsi gözlənilir.
Türkiyə mətbuatının məlumatına görə, Rəcəb Tayyip Ərdoğanın Rusiya səfərindən əvvəl Bakıya gələcəyi gözlənilir.

Категория: Siyaset | Просмотров: 709 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]