SAYTA GİRİŞ
Главная » 2009 » May » 3 » "Türkiyə hökuməti Ermənistanla münasibətlərin normallaşdırılması prosesində diqqətli olmalıdır"
21:25
"Türkiyə hökuməti Ermənistanla münasibətlərin normallaşdırılması prosesində diqqətli olmalıdır"

MHP lideri Dövlet Baxçalı bele deyib

"Türkiyə hökuməti Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində çox diqqətli olmalıdır". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin "Axşam" qəzetinə müsahibəsində Milliyətçi Hərakat Partiyasının lideri Dövlət Baxçalı deyib. Müsahibəsində Baxçalı hökumətin Ermənistan siyasətini tənqid edib. “Ermənistan bizim dövlət sərhədlərimizi tanımır, Ağrı dağını ölkəsinin rəmzi kimi müəyyənləşdirib və hələ də Türkiyə torpaqlarının bir qismini Qərbi Ermənistanın olduğunu iddia edir".
Baxçalı Dağlıq Qarabağın işğal edilməsindən sonra-1993-cü ildə sərhəddlərin bağlandığını xatırladıb. "Nizamlanma prosesində irəliyə doğru heç bir addım atılmamışkən, Ermənistan iddialarından əl çəkməmişkən niyə indi sərhəddin açsılması gündəmə gəlib?. Alican sərhəd qapısının açılması böyük səhv olardı".
MHP lideri danışıqlar müddətinin fürsət olaraq dəyərlədirilə biləcəyini və Ermənistanın iddiaları ilə bağlı geri addım atması üçün beynəlxalq diplomatiya prinsipləri işlənə biləcəyini bildirib. Baxçalı münaqişənin savaş, müharibə olmadan həll edilməli olduğunu da qeyd edib.
Azərbaycan Türkiyə münasibətlərinin önəminə diqqət çəkən müxalifət lideri əlaqələrin zədələnməsinin Orta Asiya ilə Türkiyə arasında olan bağın qopması mənasına gəldiyini deyib. /ANS PRESS/

Категория: Siyaset | Просмотров: 725 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]