SAYTA GİRİŞ
Главная » 2009 » May » 3 » Ağdamda keçirilən "Qarabağ"-"İnter" matçı heç-heçə başa çatdı
21:30
Ağdamda keçirilən "Qarabağ"-"İnter" matçı heç-heçə başa çatdı
Premyer Liqanın 24-cü turu çerçivesinde keçirilen qarşılaşmada 1-1 hesabı qeyde alınıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində bu gün keçirilməli olan 4 qarşılaşmadan biri artıq başa çatıb. 16 illik fasilədən sonra Ağdamda çempionat oyunu keçirən “Qarabağ” çempionluğa iddialı “İnteri” qəbul edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, Neft Akademiyasında baş vermiş faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarabağ futbolçuları meydana Qarabağ Azərbaycan şüarı yazılmış plakatla çıxıblar. Qarşılaşmanı stadionda canlı izləyənlər arasında AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, Ağdam İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev, millət vəkili Aqil Abbas, "Qarabağ" klubunun təsisçisi Adil Nadirov və Azərbaycan A Milli komandasının baş məşqçisi Berti Foqts da olub. Ağdamın Quzanlı qəsəbəsindəki Olmpiya Komplekisinin stadionunda keçirilən qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Qarşılaşmanın 35-ci dəqiqəsində Sedat Sainin vurduğu qolla önə keçən “Qarabağ” bu üstünlüyü qoruya bilməyib, ikinci hissəyə sürətli başlayan “İnter” 59-cu dəqiqədə Andreys Rubinsin vurduğu qolla hesabı bərabərləşdirib. Qarşılaşmadan 1 xalla ayrılan “İnter” çempionluq yolunda önəmli 2 xal itirərək, ötən gün Bakıya təhvil verdiyi liderliyi geri qaytara bilməyib. Bu nəticədən sonra xalını 55-ə yüksəldən “İnter” turnir cədvəlində ikinci pillədə qərarlaşıb, 45 xala sahib olan “Qarabağ” isə 5-ci mövqedə qərarlaşıb.

Premyer Liqanın 24-cü turu çərçivəsində saat 17.00-da başlayan digər 2 qarşılaşmanın isə ilk yarısı başa çatıb. Yevlaxda keçirilən “Karvan”-“Neftçi” qarşılaşmasında ilk yarıdan sonra hesab açılmayıb. Şəfa stadionunda keçirilən “Olmpik”-“Muğan” qarşılaşmasında isə ilk yarıdan sonra hesab 1-0 “Olimpik”in xeyrinədir. “Xəzər-Lənkəran”-“Qəbələ” matçı isə saat 18.00-da başlayıb.

Категория: İdman | Просмотров: 667 | Добавил: YUKSEL | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]