SAYTA GİRİŞ
Главная » 2009 » İyun » 28 » Amerika Sarsildi
14:03
Amerika Sarsildi
 
 
Pop ifaçı ürək tutmasından keçinib


Əfsanəvi pop ifaçısı Maykl Cekson Los-Ancelesdə vəfat edib. Dafo.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, onun ürəyi dayanıb.

İyunun 25-də, Bakı vaxtı ilə saat 24 radələrində Maykl Cekson ürəyi dayanıb. Onu dərhal “UCLA Medical Center” xəstəxanasına aparıblar. Lakin həkimlər onu xilas edə bilməyiblər. “Təcili yardım” Ceksonun evinə çatanda, artıq müğənni nəfəs almırmış.

İlkin məlumata görə, Maykl Cekson ağrıkəsici dərman vurulduqdan sonra ölüb. “The Sun” qəzetinin Kaliforniya universitetinin tibbi mərkəzindəki mənbəyə istinadən verdiyi məlumata görə, Ceksona demerol vurulandan sonra onun tənəffüsündə problem yaranıb. Müğənni getdikcə daha asta nəfəs almağa başlayıb və sonda onun ürəyi dayanıb. Yanında olan şəxsi həkimi ona suni nəfəs verməyə çalışaraq tibbi yardım çağırıb.

“Təcili yardım” 8 dəqiqədən sonra Ceksonun evinə çatıb. Həkimlər dərhal reanimasiya fəaliyyətinə başlayıblar və müğənninin ürəyini defibrillyator vasitəsilə işə salmağa çalışıblar. Lakin onu xilas etmək mümkün olmayıb. Maykl Ceksonun ölümü iyunun 25-də yerli vaxtla saat 14:26-da (Bakı vaxtı ilə iyunun 26, saat 02:26-da) qeydə alınıb.

Son zamanlar Maykl Ceksonun səhhətində bir sıra ciddi problemlər qeydə alınıb. Üzərində aparılan plastik əməliyyatlar müğənninin səhhətini ciddi şəkildə korlayıb. Onun dəri xərçənginə tutulduğu da bildirilirdi. Səhnəyə qayıtmağı planlaşdıran Cekson formada olmaq üçün son zamanlar güclü dərmanlar qəbul edirmiş.

Maykl Cekson 1958-ci ildə anadan olub. O, musiqi fəaliyyətinə 4 yaşında başlayıb və “The Jackson” ailə qrupunun tərkibində aparıcı vokalçı olub. 1971-ci ildə “Got to Be There” adlı solo çıxışını, 1975-ci ildə isə ilk solo albomunu yazdırıb.

Ən uğurlu ili isə 1982-ci il olub. Onun həmin il yazdırdığı “Thriller” albomu hələ də dünya hitinin zirvəsi sayılır. Bu günə qədər ABŞ-da albomun 26 milyon nüsxəsi, bütün dünyada isə 60 milyon nüsxəsi sayılıb. 2009-cu ildə tamaşaçılar “Thriller”i “Tarixdə ən böyük albom” sayıblar.
 
MAykl CEksonun Veziyyeti...
 
Категория: Şou-biznes xeberleri | Просмотров: 605 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]