15:20 Bu gecə BERAET QENDİLİDİR | |
Bu gecə BƏRAƏT QƏNDİLİDİR ALLAH DUALARIMIZI QƏBUL ETSİN. AMİN Qəndil gecələri adı ilə tanınan gecələr Rəbiüləvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Mirac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir.
Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır. Qurani-Kərimdə bu gecələrdən biri olan Qədr gecəsi ilə əlaqədar müstəqil bir surə var. Quranın 97-ci surəsi olan həmin surədə Allah Qədr gecəsinin min aydan daha xeyirli olduğunu bildirib. Lakin bu gecənin Ramazan ayının 27-ci gecəsi olduğuna dair dəqiq və qəti bir dəlil yoxdur. Qədr gecəsi ilə əlaqədar hədislərə baxıldıqda isə məlum olur ki, peyğəmbərimiz Mühəmməd (ə. s.) müsəlmanlara Qədr gecəsini Ramazan ayının axırıncı on gününün tək gecələrində axtarmağı məsləhət görüb. Buradan da belə bir nəticə çıxır ki, bu gecə Ramazanın 21, 23, 25, 27 və 29-cu gecələrindən hər hansı biri ola bilər. Başqa sözlə, Qədr gecəsi indiki dövrdə müsəlmanlar tərəfindən canlandırılmağa cəhd edildiyi kimi hamı tərəfindən bilinən bir gecə olmamış, əksinə, gizlənmişdir. Hətta peyğəmbər (ə. s.) belə Qədr gecəsinin Ramazan ayının neçənci gecəsi olduğunu bilmirdi. Peyğəmbərimiz (ə. s.) Qədr gecəsinin ehya edilməsi ilə əlaqədar olaraq bir duadan başqa hər hansı bir ibadəti məsləhət görməyib. Amma həzrəti Aişə (r. a.) bildirib ki, peyğəmbər (ə. s.) Ramazan ayında digər aylarda olmayan bir ab-havada olardı. Bu ayın axırıncı on günündə isə gecələri ehya edər, ailəsini də (gecəni ehya etmək üçün) yuxudan oyandırar və etikafa] girərdi. Bir gün həzrəti Aişə (r. a.) peyğəmbərimizdən (ə. s.): “Ey Allahın elçisi, Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua edim?”, – deyə soruşduğu vaxt peyğəmbərimiz (ə. s.) ona aşağıdakı duanı oxumağı buyurdu: Allahım! Sən bağışlayansan, səxavət sahibisən. Bağışlamağı sevərsən. Məni də bağışla. | |
|
Всего комментариев: 0 | |