15:30 Telefona Zeng Catmir | |
Yalnız səsini eşitmək istəmişdim. Səbəbsiz! Narahat bir gecənin, arsız sevgilisiyəm bu saatda,
üstəlik ərköyünlüyüm də bir tərəfdən, sənə çatmaq istəyirəm.
Mümkün olsa girib qoynunda yatacağam amma axtardığımız adamın bu anda üstündə birələr gəzirmiş.
Heç olmasa mən elə olmasını ümid edirəm.
Bu nömrəyə zəng çatmır! Gecənin səhərə çatmasına yaxın bir saatda, əlim telefona getdi. Səsini eşitmək istəyirəm. Heç bir şey üçün! Əslində bu daha mənalı deyilmi? Yalnız səsini eşitmək üçün zəng etmək... Aradığınız şəxsə zəng çatmır deyirdi, adını bilmədiyim, heç tanımadığım və bütün aşiqləri ayıran qadının səsi. Daha sonra təkrar yoxladım! Daha sonra zəng etdiyimdə ona zəng çatacaqmı görəsən? Ya, heç çatmazza, həmişə eyni qadının duyğusuz tonuyla qarşılaşsa, həyəcanlı axtarışlarım. Ayrıca bu qadın sənin telefonun haqqında nə qədər çox məlumata sahibdir və haradan bilir? Mən sevgilinəm, bilmirəm! Niyə bağlıdır ki telefonun? Harada və nə edir ola bilərsən bu qaranlıq saatda? Ağlıma pis şeylər gəlir amma xəyanət siyahıda birinci sırada, sonra başına bir şeymi gəldi və ardından zaryatqanın bitməsi ehtimalı! İnsan beyni nə qəribə işləyir. Halbuki, yalnız yatmış da ola bilərsən! Yalnız səsini eşitmək istəmişdim. Səbəbsiz! Narahat bir gecənin, arsız sevgilisiyəm bu saatda, üstəlik ərköyünlüyüm də bir tərəfdən, sənə çatmaq istəyirəm. Mümkün olsa girib qoynunda yatacağam amma axtardığımız adamın bu anda üstündə birələr gəzirmiş. Heç olmasa mən elə olmasını ümid edirəm. Bu anda birələrin gəzməsini, üstündə başqa bir qadın əli gəzməsinə seçəcək vəziyyətdəyəm. Yox canım! Olmaz elə şey! Ağılsızlıqlar məndədir, sən xəyanət adamı deyilsən, elə deyilmi? Onsuz da özünü aldadar insan, qarşısındakını aldada bilməz ki! Yatırsan şirin-şirin, adi bir yuxu. Sənin telefonun bağlı olmazdı heç vaxt, ona görə beynimdə bu cür mənasız düşüncələr cərəyan edir. Əslində bu bir tərəfdən də üstünlük qazandırır sənə. Birbaşa olaraq xəyanətə bağlamayıb, başqa alternativlər düşünürəm ya, bunun səbəbi sənsən. Heç telefonum cavabsız qalmadı bu günə qədər, əvvəlcə bir təşəkkür edəcəyəm sənə ilk danışdığımızda bununla əlaqədar. Sən yaxşı bir sevgilisən. Bu maraq duyğusu necə qucaqlayır insanın bədənini bir anda? Səsini eşidib bağlayacaqdım, sonra rahat bir yuxu hədiyyə edəcəkdim özümə. Səsini eşidincə etibarda hiss edirəm yəqin. Hər axtardığımda, ya da hər axtarıldığımda, varlığını isbat edirəm ürəyimə, bəlkə buna görədir sənə düşkünlüyüm. Özümdən deyil də özümə qaçmaq istəyirəm belə gecələrdə. Özümə sığınmaq, öz yaralarımı qucaqlamaq, özümlə danışıb, özümdən soruşmaq istəyirəm. Sanki başqa zamanlarda bunları etdiyim dəyişik ürəklərim varmış kimi. Səni itirmək niyə qorxudur elə isə məni? Bir halda hər şey onsuz da məndə, bir halda ki, kimsəsizliyimə həll tapmışım əllərimlə, sən olmasan nə olar ki? Zəng etdiyimiz insana heç zəng çatmasa, ölərəmmi? Xeyr! Ölmərəm mütləq amma azala bilərəm. Əskik qalmaq, təkliyi yumruq kimi çırpır insanın üzünə. Yalnız adı olan və özü ortada olmayan bir eşqə baxmayaraq zəngin hiss edir demək ki ürək, varlığına səbəb tapır ya da yaşamaq üçün bir səbəbə sarılır. Yoxsa, kim kimdən gedərkən böyük və doldurulamaz bir çuxur buraxmışdır ki? Kimin yeri qəlblərdə əvəz olunmazdır? Gedənlərin hansı dönüb? Bir şəkildə davam etmişdir həyat çarxı dönməyə. Yenə də buralarda olmalısan, könlümün sahilində dayanmağın xoşuma gəlir. Məni xoşbəxt edir. İşin sehri də budur əslinə baxsan. Sən ətrafımda gəzdikcə, mən xoşbəxt oluram. Ən yaxşısı bütün bunları unudub səni axtarmaq. Varlığını hiss edib, dinc bitirmək bu kor gecəni .Telefon əlimdə amma nömrəni yığmağa qorxuram. Nəysə, son bir cəsarət, son ümüd yenə yığdım nömrəni... Aradığınız şəxsə zəng çatmır,xahiş edirik bir az sonra yenidən sınayın. Sınamayacağam! | |
|
Всего комментариев: 0 | |