SAYTA GİRİŞ
Главная » 2009 » Avqust » 31 » »...Qubadlının işğalından 16 il ötdü...»
15:49
»...Qubadlının işğalından 16 il ötdü...»

Qubadlının işğalından 16 il ötdü...

Azərbaycanının daha bir gözəl rayonu olan Qubadlı 31 avqust 1993-cü il tarixində ermənilər tərəfindən işğal olunub.

Qubadlı rayonunun işğalından artıq 16 il ötdü...

Bu ağır bir zərbədir...amma hələdə ağrısına dözürük!!!

P.S. Allah o günü ölənlərə rəhmət ermənilərəisə lənət eləsin ...Amin!!

Qubadlının işğalından 16 il ötdü...

Respublikanın cənub-qərbində (Qarabağ) yerləşir. Rayonun sahəsi 826 km² , əhalisi isə 31300 nəfərdir. İnzibati mərkəzi Qubadlıdır. Qubadlı rayonu şimaldan Laçın rayonu, cənubdan Zəngilan rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın ən bolsulu çaylarından olan Həkəri və Bərguşad çayları axır.

Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu, Kavdadıq kəndləridir.

Qubadlı əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi əslində münaqişənin örtülü olsa da bünövrəsini qoymuşdu. Lakin Qarabağ münaqişəsinin əsl startı Sovet imperiyasının labüd çökməsi nəticəsində baş verdi.

1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər.

Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirlər. Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. 1989-cu ilin sentyabr ayında Sovet qoşunlarının zirehli texnikalarının müşaiyəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınladığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Xankəndi şəhərinə avtomobil karvanı buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobil karvanı bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndiyə yol tapa bildi və karvanı müşaiyət edən zirehli texnika Laçın şəhərində faciələr törətdi.

Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.

1989-cu ilin axırları rayonda vəziyyət son dərəcə ağırlaşdı. Gündüz sərhəddə keşik çəkən düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı.

Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.

Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşaiyəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.

Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal olundu.
Allah Wehit olanlara rehmet elesin

P,S.Fikirlerinizi bildirmeyi unutmayin...
Категория: Azerbaycandan xeber | Просмотров: 956 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]