23:11 Alimlər şəkərli diabet xəstəliyini yaradan zülal tapıblar | |
Yapon alimləri insan orqanizmində şəkərli diabet xəstəliyini yaradan zülalı müəyyənləşdiriblər
Yapon alimləri insan orqanizmində maddələr mübadiləsini pozub, nəticədə şəkər xəstəliyinə yol açan zülalı aşkar ediblər. Bu barədə Yaponiyanın “İomiuli” qəzeti məlumat yayıb. Yayılan məlumatda göstərilir ki, Kumomota profekturasındakı universitetin bir qrup alimi bu nəticəyə gəlib ki, kökəlmədən, şəkərli diabetdən və atersklerozdan əziyyət çəkən xəstələrin qanında angptl-2 zülalının yüksək konsentrasiyası müşahidə olunur. Onlar damar hüceyrələrinə təsir edərək, leykositləri özlərinə çəkir və xroniki iltihab prosesinə səbəb olurlar. Siçovullar üzərində aparılan təcrübə göstərir ki, orqanizmdə sözügedən zülalı olmayanlar nə qədər güclü qidalansalar da kökəlmirlər. Bununla yanaşı, onların qanınd digərləri ilə müqayisədə şəkərin miqdarı da aşağı olur. | |
|
Всего комментариев: 0 | |