SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 7 » Amerika kinoakademiyası səsvermə sistemini dəyişib
23:14
Amerika kinoakademiyası səsvermə sistemini dəyişib
Amerika Kinoakademiyası mükafatının növbəti, 82-ci təqdimetmə mərasimi 7 mart 2010-ci ildə Kodak kinokomleksində keçiriləcək

“İtv.az”ın məlumatına görə, Amerika kinoakademiyası “ilin ən yaxşı filmi” nominasiyası üzrə qaydanı dəyişib. The Hollivud Reporter nəşrinin təsdiq etdiyi kimi bundan sonra komissiya üzvləri Oskar mükafatına iddialı hər bir filmi 10 ballıq şkala ilə qiymətləndirəcək. Bir bal alan film ilin ən yaxşı filmi sayılacaq. Oskar mükafatını o film alacaq ki, onun yüksək ballarının sayı çox olsun. Qeyd etmək lazımdır ki, sonuncu dəfə belə bur sistem 1945-ci ildə tətbiq olunub. Qalmış kateqoriyalar üzrə qaydalar olduğu kimi qalacaq. Kinoakademiyanın üzvləri ən yaxşıya səs verib, onu qalib elan edəcəklər. 
Kinoakademiya iyun ayında bəyan edib ki, 2010-ci ildə ən yaxşı film kateqoriyası üzrə Oskar mükafatına son illərdə olduğu kimi 5 deyil, 10 film nominant olacaq. Akademiya üzvləri nominatların sayının ikiqat artırmasına səbəb kimi Betmen haqqındakı “Qara cəngavər ” filminin ətrafında baş verən söz-söhbətləri əsas gətirirlər. Lakin bu film tamaşaçıların və kino tənqitçilərin geniş rəğbətini qazansa da, ictimai rəyə görə 2008-ci ildə ən yaxşı film nominasiyasına təqdim olunmayıb. 
Nominantların siyahısının artırılması Oskar uğrunda mübarizədə iştirak etmək uğrunda cizgi filmlərinə, sənədli və xarici filmlərə geniş imkan yaradıb. 
Amerika Kinoakademiyası mükafatının növbəti, 82-ci təqdimetmə mərasimi 7 mart 2010-ci ildə Kodak kinokomleksində keçiriləcək.


Категория: Film / Media | Просмотров: 585 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]