Главная »
2010 » Yanvar » 1 » Çox yemək adamı az yeməkən də oyar
01:09 Çox yemək adamı az yeməkən də oyar |
Maykl Ceksonun varisləri yeni sinqlının satışından gələn gəlirin yalnız yarısını ala biləcəklər Maykl Ceksonun varisləriyeni "This is it” sinqlının satışından gələn gəlirləri kanadalı musiqiçi Pol Ankayla (Paul Anka) tən yarı bölüşməli olacaqlar. Bu barədə "Www.Efirdi.Tk” Azərbaycan saytların istinadən xəbər verir. Pol Anka ona çatası pullara mahnının müştərək müəllifi kimi ididialıdır. Sinqlın təqdimatı Maykl Ceksonun ölümündən sonra 12 oktyabrda müğənninin rəsmi saytında olub. Təqdmatda mahnı müəllifi kimi yalnız Ceksonun özü göstərilib. Müğənninin fanatları təqdimetmədən dərhal sonra "This is it” kompozisiyanı puerto-rikan müğənnisi Safiranın 1990-ci ildə işıq üzü görmüş albomundakı "I never heard” mahnısının bir qədər dəyişdirilmiş forması olduğunu qeyd ediblər. Bu diskin üzərində Pol Anka və Maykl Ceksonun adları yazılıb. Sonradan Pol Anka "The Nyu York Times” qəzetinə açıqlamasında bildirib ki, mahnı 1983-cü ildə onun Kaliforniya studiyasında lentə alınıb. Həmin mahnı Pol Ankenın "Walk a Fine Line” albomunda Maykl ceksonla duet şəkilində çıxmalı idi. Lakin Maykl Cekson özünün vokal partiyalarını lentə aldırandan sonra əməkdaşlıqdan imtina etmiş və bütün audiomaterialları özü ilə götürmüşdü. Pol Anka onların qaytarılması üçün Maykl Ceksonu məhkəmə ilə də hədələmişdi. Musiqiçinin sözlərinə görə, "2009"-cu ildə Maykl Ceksonun varisləri mahnının aranjimanını dəyişərək, adını "This is it” qoyublar. Lakin bütün bunları edəndə mahnınn ikinci müəllifinin adını qeyd etməyi unublar. Onlar özlərinə çox böyük problem yaradıblar. Əgər səhvlərini düzəltməsələr, onda məhkəmə qarşısında cavab verməli olacaqlar”. Pol Anka "The Nyu York Times” qəzetinə bildirib ki, oktyabrın 12-də axşam Maykl Ceksonun qəyyumu və prodüsseri Con Makkleynlə (John McClain ) telefonda danışaraq, münaqişəni yoluna qoyub.
|
Категория: Mahnilar |
Просмотров: 928 |
Добавил: efirdi
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[
Регистрация |
Вход ]