SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 7 » Gəlinini döydü, öldüyünü zənn edib özünü asdı
21:42
Gəlinini döydü, öldüyünü zənn edib özünü asdı
Onun meyidi öz həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb
                     

Qubanın Nügədi kənd sakini 71 yaşlı Nadirşah Behbudov ötən gün intihar edib. İlkin araşdırma nəticəsində məlum olub ki, intihardan bir neçə saat əvvəl ailədə insident baş verib. Mərhum küt alətlə gəlini 31 yaşlı Aytən Behbudovanın başına xəsarət yetirməklə onu ölümcül hala salıb. Gəlinin öldüyünü güman edən qaynata özünü asıb. 

Ağır yaralanan Aytən Behbudova Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti ağır olduğundan hadisə ilə bağlı onun ifadəsi alınmayıb. Faktla bağla araşdırma aparılır.


Категория: Kriminal | Просмотров: 682 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]