SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 8 » Kriminal Xeberler
15:45
Kriminal Xeberler
DİN-in məlumatı

Qeyd etdiyiniz kimi Sentyabrın 3-də saat 17. radələrində, Saray qəsəbə sakini, 10 yaşlı Vüqar Ələsgərov evdən çıxıb və bir daha geri qayıtmayıb. Ötən gün 17.00 radələrində isə Vüqar Ələsgərovun vəhşi heyvanlar tərəfindən bir neçə yerdən dişlənilmiş meyiti tapılıb. İlkin yoxlama aparılır.
**
Qəbələ rayonunun Kiçik Pirəlli kəndində ehtiyyatsızlıq iki uşağın həyatına son qoyub. Kənd sakinləri, 5 yaşlı Pünhan Bərxudalı və onun bacısı, 4 yaşlı Fidan yardımçı təsərrüfatda alışqanla oynayarkən yanğın baş verib. Uşaqlar xəstaxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb. 
**
Ötən gün axşam radələrində Sabunçu rayonunda Maştağa qəsəbə sakini, 44 yaşlı Sahib Bağırov evində, qısqanclıq zəminində, bacısının qızı, 19 yaşlı Lətafət Zahidovanı boğaraq qətlə yetirib.hadisəni törədən şəxs tutulub.
 ** 
Nərimanov rayonunda da qısqanclıq zəminində hadisə baş verib. Məmməd Arif küçəsi ev 27 mənzil 22-də yaşayan, 25 yaşlı Sadiq Nağıyev bacısı, 36 yaşlı Gülnarəyə bıçaqla xəsarət yetirib. İlkin əməliyyat-axtarış tədbirləri aparılır.
** 
Yeni Gəncə qəsəbə sakini, 29 yaşlı Pərviz Bənicəlali kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisənin, Gəncə şəhər sakini, 28 yaşlı Tural Əhmədov tərəfindən törədilməsi müəyyən edilib. hadisəni törədən şəxsin tutulması üçün tədbirlər görülür. 
** 
Astara rayonunda isə münaqişə zəminində. Elxan Əsədov həmkəndlisi, əvvəllər məhkum olunmuş, 28 yaşlı Ramin Quliyevin qulağının bir hissəsini dişləyərək qoparıb. Faktla bağlı Cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb. 
**
4 naməlum şəxs, 3-cü mikrorayon dairəsində, Nurlan İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub, Sabunçu qəsəbəsinə gedəcəklərini bildiriblər. Sabunçu qəsəbəsinə çatdıqda onlar sürücünü bıçaqla hədələyərək avtomaşınını ondan alıblar. Aparılan araşdırmalar nəticəsində Nurlan İbrahimova qarşı quldurluq edən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 və 2 saylı Cəzaçəkmə Müəssisələrində cəza çəkənlər, Elşad Tağıyev və Şafəddin Xəlilov tutulublar.
**
Nobel prospektində, Bakı şəhər sakini Urfan Bağırzadə "Tofaş" markalı avtomaşını idarə edərkən, 64 yaşlı İsaxan İsayevi vurub. Xəstəxanaya yerləşdirilən İİsaxan İsayev orada keçinib.


Категория: Kriminal | Просмотров: 1886 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]