SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 6 » Ən önəmli işlər!
12:54
Ən önəmli işlər!
Ən önəmli işlər!


Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub...
Daha ətraflı xəbərin ardında.
 
 
 
 
 
Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub. Halbuki, İslam ümmətinin bu günə kimə ən çox ehtiyac duyduğu, xeyir əməllərin düzgün seçimi olubdur. Xeyir işlər nə qədər çox olsa da, bir iş görməzdən əvvəl həmin işin nə qədər əhəmiyyətli olduğunu dərindən düşünmək lazımdır. Bir xeyir əməlin savabı o biri xeyir əməldən yüksək ola bilər, ancaq müəyyən zamanda və məkanda savabı az olan əməl o birisindən daha əhəmiyyətli ola bilər. Əslində xeyir əməllərin mükafatını və savabını bizlər yalnız Qurani Kərim və Peyğəmbərimizin (s.a.s) hədisləri vasitəsilə bilirik. Xeyir əməlləri ümmətinə öyrədən haqq Peyğəmbər Muhəmmədin (s.a.s) hədislərinə nəzər yetirsək görərik ki, O (s.a.s) əməlləri rütbələrinə, savablarına və yaxud əhəmiyyətinə görə müxtəlif şəkildə düzüb. Məsələn bir hədisdə rəvayət olunur ki; Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; "İmanın yetmiş və bir neçə şöbələri (dərəcələri) var. (Bunların) Ən yüksəyi (üstünü) Lə İləhə İlləl-lah (Allahdan başqa İlahın olmadığına inanmaq), ən aşağı (təbəqədə) olanı, yolda (insanlara) əziyyət verən bir şeyi uzaqlaşdırmaqdır" Bunun kimi bir çox hədislərə rast gəlmək olar və müxtəlif cür xeyir əməllərin müxtəlif formada izah olunduğunu görərik. Allahu Təala da Qurani Kərimdə bəzi əməlləri bəzilərindən üstün tutmuşdur. Məsələn Tövbə surəsində Allahu Təala buyurur ki; ((Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə'mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır.)) (19-21)

Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar.

Xeyir əməllərin ən önəmlisini və əhəmiyyətlisini seçdikdə, əlbəttə şəriətin hökmlərinə, qanun və meyarlarına riayət etmək lazımdır. Həmçinin hər bir işi səviyyəsinə və rütbəsinə görə ədalətlə görmək lazımdır. Ona görə də əhəmiyyətsiz işi əhəmiyyətli işdən əvvəl, əhəmiyyətli işi daha önəmli işdən əvvəl, bəyənilən işi daha xeyirli işdən əvvəl görmək olmaz. Böyük iş alçaldılmamalı, kiçik iş böyüdülməməlidir. Öndə dayanması gərək olanı arxaya, arxada duranı isə səbəbsiz önə gətirmək olmaz. ((Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz). Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)) (Ər-Rəhman, 7-9)

Təəssüf ki, ümmətimizin və cəmiyyətimizin bu günki halı çox bərbaddır. Millətə, cəmiyyətə və xalqa lazım olan ən önəmli şeylər unudulur, millətə lazım olmayan və hətta onları uçuruma aparan işlər ön planda durur. Qəzet və jurnallarda, televiziya və radioda elmə və maarifləndirməyə daha çox əhəmiyyət verməkdənsə, biz idman və incəsənətə daha çox rast gəlirik. Səhərdən axşama kimi eşitdiyimiz, gördüyümüz və oxuduqlarımız yalnız kino ulduzları, futbolçular, yeni starlar və sairə kimi ən mənəviyyatsız insanlar haqqındadır. Hətta idmana və incəsənətə gəldikdə belə, ən əhəmiyyətsizi önə çəkib, insanlara daha çox fayda verən şeyləri ləğv ediblər. Məsələn insanlara həyatlarında daha çox fayda verən idman növünə deyil, daha çox pul gətirən və millətlər arasında rəqabət yaradan futbol, tenis və sairə kimi idman növlərinə üstünlük verirlər. Hansısa müğənni və ya sənətkar öləndə yer-göy titrəyir, səsi-sədası uzun müddət kəsilmir. Ancaq böyük alim, şair və ya yazıçı vəfat etdikdə, bunu qısa formada xəbər kimi camaata çatdırmaqdan başqa heç nə etmirlər. Mahnıya, çalğıya, rəqsə və idmana böyük məbləğdə pullar sərf edildiyi halda, elmə, təhsilə, sağlamlığa və cəmiyyətin rifahına heç kim pul xərcləmək istəmir.

Mənfəətli və xeyirli əməllərdə üstünlük

Xeyirli və mənfəətli işlər çoxdur, lakin bunlar arasında əhəmiyyətinə görə fərq vardır. Ümumiyyətlə insanın həyatına, mənafeyinə və xeyrinə olan şeylər 3 əsas hissəyə bölünür; 1-Zərurətlər, 2-Ehtiyaclar; 3-Tələbatlar

1-Zərurətlər: Hansı ki, onsuz yaşamaq və davam etmək qeyri mümkündür
2-Ehtiyaclar: Hansı ki, onsuz yaşamaq və davam etmək çox zorluqla da olsa mümkündür.
3-Tələbatlar: Hansı ki, onsuz hər şey mümkündür, ancaq onunla daha çox bəyənilir.

Beləki, zərurətlər ehtiyaclardan əvvəl, ehtiyaclar da tələbatlardan əvvəl görülməlidir. Hətta zərurətlərin də öz daxilində müxtəlif fərqləri vardır. Məsələn, dini məsələlər hər şeydən öndə olmalıdır və daha əvvəl görülməlidir. Ondan sonra insanın öz zərurətləri, sonra yaxınlarının zərurətləri və s.

Ümumiyyətlə bütün xeyir və məfəətlər aşağıdakı kimi olmalıdır;
Yəqinliklə və dəqiq olan xeyir, təxmini zənn olunan xeyirdən öndə tutulmalıdır.
Böyük və çox olan xeyir, kiçik və az olan xeyrdən öndə tutulmalıdır.
Cəmiyyətin və xalqın xeyri, fərdlərin xeyrindən üstün tutulmalıdır.
Çoxluğa dəyən xeyir, azlığın xeyrindən öndə tutulmalıdır.
Daimi davam edəcək xeyir, qısa müddətli xeyirdən öndə tutulmalıdır.
Cövhəri və daxili xeyir, zahiri xeyirdən öndə tutulmalıdır.
Ziyan və zərərverici işlər arasında üstünlük

Bəlkə də bu bir az qəribə ola bilər ki, məgər ziyan verici işlərin də yaxşısı olur ki, onlar arasında seçim edək?! Əlbəttə ziyan verici işlərdən daim çəkinmək lazımdır, ancaq bəzən elə vəziyyət olur ki, iki ziyan arasında qalırsan və mütləq bunlardan birini seçməlisən. O zaman artıq məqsəd dəyişir. Zərurətlər dəyən ziyan, ehtiyaclara və tələbatlara dəyən ziyan kimi ola bilməz. Eləcə də, dinə dəyən ziyan, nəfsə və mala dəyən ziyan kimi deyil. Bütün bunlar ziyanın həcminə, təsirinə və təhlükəsinə görə dəyişir və fərqlənir.

Ziyanlar imkan dairəsində uzaqlaşdırılmalıdır. Həmçinin, böyük ziyandan uzaqlaşmaq üçün kiçik ziyana, ağır ziyandan qaçmaq üçün yüngül ziyana və ümümi, kütləvi ziyandan qaçmaq üçün fərdi ziyana getmək olar.
 

Şərhlərinizi bildirməyi unutmayın !!!

Категория: Allahin mocuzeleri | Просмотров: 755 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]