SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 8 » » Nəhəng media qrupuna 4 milyard 581 milyonluq cərimə »
23:57
» Nəhəng media qrupuna 4 milyard 581 milyonluq cərimə »
“Doğan” qrupunun vergi cəzası 4 milyard 581 milyon lirəyə çatdı

Türkiyənin media nəhəngi “Doğan Yayın Holdinq”ə ölkə tarixinin ən böyük məbləğli vergi cəzası kəsilib. "İtv.az" saytı "Media forum"a istinadən xəbər verir ki, televiziya, reklam, yayım, prodakşn və görüntülü kommunikasiya sahəsindəki şirkətlərinin 2005, 2006 və 2007-ci ildəki hesablarının araşdırılması holdinqin 3 milyard 755 milyon lirə (təxminən 1,7-1,8 milyard manat) cəza ödəməsi ilə nəticələnib.
İlin əvvəlində Maliyyə Nazirliyi “Doğan” qrupunun vergi qaçırdığını əsas gətirərək 826 milyon lirə cəza kəsmişdi. Yeni qərarla birlikdə “Doğan” qrupunun ümumi vergi cəzası 4 milyard 581 milyon lirə edir.
“Doğan” qrupuna “Hürriyet”, “Milliyet”, “Radikal”, “Posta”, “Fanatik”, “Referans”, “Türkish Daily News” qəzetləri, “Kanal D”, “Euro D”, “CNN Türk”, “Star” kimi televiziyalar və başqa media quruluşları daxildir.






Категория: Dunyadan xeber | Просмотров: 734 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]