SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 6 » ... Primadonna artıq Bakıdadır (Alla Puqacova) ...
17:22
... Primadonna artıq Bakıdadır (Alla Puqacova) ...
“Qarabağda konsertim planlaşdırılmayıb”

Tanınmış müğənni, rus estradasının ulduzu Alla Puqaçova bir qədər əvvəl Bakıya gəlib. Alla Puqaçovanın Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışı nəzərdə tutulub. Heydər Əliyev hava limanında jurnalistlərə açıqlama verən rus estradasının ulduzu yenidən Azərbaycan paytaxtında olmasından məmnunluğunu ifadə edib: ” Bakıya gəldiyim üçün çox şadam. Azərbaycanla, Bakı ilə bağlı xoş xatirələrim var. Azərbaycanlılarda özümə qarşı dostluq münasibəti hiss edirəm. Konsretimə gəldikdə isə mən bunu Bakıda sonuncu konsert kimi dəyərləndirməzdim. Mənim planlarım hələ qabaqdadır. Mən improvizə olmayan proqrama uyğun konsert hazırlamışam. Əminəm ki, bu sizin xoşunuza gələcək. Mənim ermənilərin dəvəti ilə Qarabağda konsert proqramı ilə çıxış edəcəyimlə bağlı yayılan söz-söhbətlərə gəlincə isə onu deyə bilərəm ki, bu barədə məndə hər hansı bir informasiya yoxdur. Mən bu məlumatı mətbuatdan eşitmişəm. Mənim Qarabağda belə bir konsertim planlaşdırılmayıb”


Категория: Mahnilar | Просмотров: 645 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]