SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 8 » Qara qutular tarixin yaddaşına köçür
23:48
Qara qutular tarixin yaddaşına köçür
Qara qutular tarixin yaddaşına köçür

Səs və görüntü ötürəcək yeni texnologiya hər bir təyyarə üçün 50 min dollara başa gələcək 
Son zamanlar baş verən təyyarə qəzalarından sonra qara qutuların tapılmaması Avropada yeni elmi axtarışlara səbəb olub. “Airbus” Avropa Kosmik Konsorsiumunun baş direktoru Tomas Enders Fransanın “Le Parisien” qəzetinə açıqlamasında uçuş təhlükəsizliyinin artırılması üçün peyklər vasitəsilə uçuşun izlənilməsi ilə bağlı yeni bir metod üzərində işlədiklərini açıqlayıb. 
O, qara qutunun artıq missiyasını tamamladığı qənaətindədir. 
Qeyd edək ki, qara qutunun missiyasının başa çatdığını ilk dəfə bu qutunu hazırlayan alimlər qrupunda olan Pierre Jeanniot dilə gətirib. O deyib ki, tək pilot kabinəsindəki səsləri yox, görüntünü də qeyd edərək göndərə bilən yeni texnologiyalar mövcuddur, sadəcə, onların üzərində işləmək və təkmilləşdirmək lazımdır. 
Alimlər yeni texnologiyanın tətbiqi zamanı hər bir təyyarə üçün 50 min dollar xərc çəkiləcəyini proqnozlaşdırırlar



Категория: Texnoloqiya | Просмотров: 722 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]