SAYTA GİRİŞ
Главная » 2009 » Dekabr » 6 » Qarabağla bağlı daha bir layihə işıq üzü görüb
21:34
Qarabağla bağlı daha bir layihə işıq üzü görüb


Qarabağ həqiqətləri bu dəfə musiqinin dili ilə çatdırılacaq Qarabağ mövzusunda uğurlu sənət əsərlərinin olmasının və gələcəkdə yaradılması münaqişə ilə bağlı həqiqətlərin dünyaya çatıdırılmasında, məmləkət İnsanlarına vətənpərvərlik ruhunun aşılanmasında və yüksəldilməsidə, xalqın kimliyinin və mədəniyyətinin tanıdılmasında musiqinin önəmi danılmazdır. Bu gün Azərbaycanın yaşlı nəsil bəstəkarları ilə yanaşı gənc müsiqiçilərinin də sözügedən mövzunu yaradıcılıq hədəfinə çevirməsi ovqat yaradan məqam və məsələdir. Bu mənada Namiq Zeynalovun müəllifi olduğu "Qarabağ” klipi məhz mövzuya dair gəncliyin səsi sayıla bilər. Onun dediklərindən: "Musiqiçi kimi özümə borc bildim. Bu gün Azərbaycanın, yəni Qarabağ torpağı azad olunmayıb. Bununla bağlı istədim ki, mən də bir gənc kimi öz töhfəmi verim. Qarabağ adlı klipimi çəkdirdim”.
Klipin və diskin təqdmatı ilə bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının təəssüratlarindan: "Biz bu məsələ üzərində düşünürük ki, müxtəlif vasitələrdən, formalardan istifadə olunmaqla, Azərbaycan cəmiyyəti daha çox hərbi vətənpərvərlik ruhunda tərbiyə olunsun. Düşmənə qarşı barnışmaz olsun, nifrətli olsun., öz torpağına, vətənə sevgisi olsun. Məlum mövzular bu istiqamətdə müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılmalıdır ki, daha nə etmək olar”.
Xatırladaq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkcə siyasi müstəvidə deyil, mədəniyyətimizdə də təbliğ etmək vətəndaş kimi başlıca amalımız olmalıdır. Klipi aşağıdakı ünvandan izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=FXWd0joqfyQ

Категория: Azerbaycandan xeber | Просмотров: 658 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]