SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 8 » Qəbələdə iki azyaşlı uşaq diri-diri yanıb
00:16
Qəbələdə iki azyaşlı uşaq diri-diri yanıb
Faktla bağlı araşdırma aparılır

Azərbaycanın Qəbələ rayonunda iki azyaşlı uşaq tövlədə baş vermiş yanğında ölüb. Bu barədə APA-ya Qəbələ rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə sentyabrın 7-də axşam saatlarında rayonun Kiçik Tirəli kəndində baş verib. Kənd sakini Vəli Yusifovun həyətində yerləşən tövlədə güclü yanğın olub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər. Yanğın kəşfiyyatı zamanı Yevlax rayonundan babasıgilə qonaq gəlmiş 2004-cü il təvəllüdlü Pünhan Musayev və 2005-ci il təvəllüdlü Fidan Musayevanın yanmış meyitləri aşkar edilib. İlkin məlumata görə, yanğının baş verməsinə hadisə zamanı ölmüş azyaşlıların odla ehtiyatsız davranması səbəb olub.

Категория: Kriminal | Просмотров: 699 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]