SAYTA GİRİŞ
Главная » 2009 » Dekabr » 6 » " Şrek 4 " cizgi filmi 2010-cu ildə ekranlara çıxacaq
21:42
" Şrek 4 " cizgi filmi 2010-cu ildə ekranlara çıxacaq


Cizgi filminin ilk kadrı geniş auditoriya bəlli olub Şrek və dostlarının macəralarından bəhs edən "Shrek Forever After” adlı cizgi filminin ilk kadrı artıq auditoriyaya bəllidir. Şrekin və Qrimm qardaşlarının nağıl qəhrəmanı cırtdan Rumpelştilsxenlə Şrekin şəkli USA Today qəzetinin saytında dərc edilib.
Rejissor Maykl Mitçel (Mike Mitchell) nəşrə müsahibəsində həmçinin süjetin bəzi detallarını da açıqalyıb. Onun sözlərinə görə Şrek artıq sirli meşənin qorxunc varlığı deyil. Kəndlilər daha onun nərəsindən qorxmurlar. Əksinə, yabaların və məşəllərin üzərində ona avtoqraf yazdırmaq üçün növbəyə dururlar.
Özünün adi həyat tərzinə qayıtmağa səy göstərən Şrek cırtdan Rumpelştiltsxenlə müqavilə bağlayır. Nəticədə, hardasa ikili gerçəklik əmələ gəlir. Bu parallel gerçəklikdə Uzunqulaq adi heyvana çevrilir, şişman çəkməli Pişik öz qılıncını satır və Şrek haqqında isə Uzaq-Uzaq Krallıqda heç kim heç nə bilmir.
İlk treylerin premyerası dekabrın 18-də baş tutacaq. Çarx kinoteatrlarda Ceyms Kameronun "Avatar” filminin öncəsi nümayiş etdiriləcək.
3D formatında buraxılan "Şrek 4” cizgi filmi 2010-cu ilin mayın 21-də prokata çıxacaq
Категория: Film / Media | Просмотров: 1506 | Добавил: efirdi | Рейтинг: 3.5/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]