SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 6 » ... “ Üç müşketyor ” filmi 3D-yə çəkilir ...
17:26
... “ Üç müşketyor ” filmi 3D-yə çəkilir ...
Filmin 2011-ci ildə prokata buraxlacağı təxmin edilir

“İtv.az” “The Hollywood Reporter”-ə istinadən xəbər verir ki, “Şər məbədləri” və “ Yırtıcıya
qarşı olan özgə savaşı” kimi videooyunları ekranlaşdırmaqla məşhurlanan rejissor Pol.V.S Anderson A.Dümanın eyniadlı romanı “Üç müşketyor”-un yeni versiyasını lentə almaq niyyətindədir. 
Rejissor deyir ki, əsərin klassik traktovkasından imtina edəcək: ”Əlbəttə ki, bizim filmdə korsetlər və şlyapalar, lələklər, bir sözlə o dövrün bütün atributları olacaq. Lakin biz vurğunu bunların yox, hadisələrin və macəraların üzərinə vuracağıq.”
Rejissor artıq 2010-cu ildə Fransa və Almaniya ərazisində çəkilişlərə başlamaq niyyətindədir. O, filmi indi populyar format sayılan 3D-yə çəkəcəyni deyir.
Filmin 2011-ci ildə prokata buraxılacağı təxmin edilir.
Yeri gəlmişkən, “Üç müşketyor “ filmi son dəfə 1993-cü ildə Hollivudda ekranlaşdırılıb. Stiven Xrekin bu ekran əsərində baş rollara Çarli Şin, Kris O”Donnel, Oliver Platt və Kiffer Sazerlend çəkilib.


Категория: Video | Просмотров: 671 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]