Cənubi Qafqaz ölkələrinə səfərini Ermənistandan başlayan Avropa İttifaqının xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner ötən gün Gürcüstanda olub. Tiflisdə ölkə rəsmiləri ilə görüşən Benita Ferrero-Valdner münaqişə zonasındakı hazırki vəziyyəti və Avropa İttifaqı tərəfindən bu ölkəyə ayrılan maliyyə yardımının artırılması məsələrini müzakirə edib. Qeyd edək ki, Avropa İttifaqının xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Gürcüstandan sonra Azərbaycana gələcək. Onun “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq, eləcə də demokratiya və regional təhlükəsizlik məsələrinə dair fikir mübadiləsi aparılacağı gözlənilir...