SAYTA GİRİŞ
Главная » 2009 » Yanvar » 22 » >>>Eurovision temsilçimiz Aysel Teymurzadenin bioqrafiyası<<<
19:53
>>>Eurovision temsilçimiz Aysel Teymurzadenin bioqrafiyası<<<
Aysel Teymurzadə 1989-cu ilin 25 aprelində anadan olub. Ziyalı ailənin sonbeşiyi olan Ayselin özündən 16 və 14 yaş böyük iki bacısı var. Dediyinə görə, atası jurnalistdir və uzun müddət Azərbaycan Dillər Universitetində fəlsəfə kafedrasının müdiri olub. Elmlər doktoru olan anası isə Bakı Slavyan Universitetində işləyib. Hələ uşaq vaxtlarından oxumağa meyli olan Aysel dövlət televiziyasında "Pöhrə" və "Tələbə baharı" müsabiqələrində iştirak edib. Daha sonra ATV kanalında təşkil edilən "Yeni Ulduz-4" müsabiqəsində çıxış etməklə daha çox tanınıb. Qeyd edək ki, Ayselin tərk etdiyi "Yeni Ulduz-4" müsabiqəsinin qalibi İlhamə Qasımova olub. Bundan sonra gənc müğənni bir il ərzində Amerikada FSA proqramına əsasən "Texas High School"-da təhsil alıb. Bu müddət ərzində Amerikada gənclərin musiqi müsabiqələrində çıxış edən Aysel Teymurzadə hətta qızıl medala da layiq görülüb.
Категория: Medeniyyet | Просмотров: 2486 | Добавил: efirdi | Рейтинг: 5.0/1
Всего комментариев: 1
  1. | Yazdı: | 2009.İyun.17
  

Super,tesekkur,bunlari onsuzda bilirdim,axi ayselimin bir nomreli fanatiyam,birde ki,sekildeki ona oxsamir axi,yeni menim canim ayselim ele ``eybecer`` olub ???ne ise,odur ki, menim ayselim superdi,yox BOMBAdi ! ! !
   


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]