17:33 >>>Gürcü qızı sehneye yeni xeberlerle qayıtdı...<<< | |
Gürcü müğənnisi Manana övladının doğulması ilə başlayan yaradıcılıq fasiləsindən biznes-ledi kimi qayıdır. Onun Tiflisdə qurduğu yeni müəssisə istehlakçılara sərinləşdirici “Manço” içkilərini təklif edir. Sözügedən məhsul yaxın vaxtlarda Azərbaycanda da satışa çıxarılacaq.
- Manana xanım, təbrik edirik, belə getsə gələcəkdə sizi həm də biznes-ledi kimi təqdim etmək imkanımız olacaq. - Hələlik tezdir. Sadəcə həyat yoldaşım və mən ailəmizin kiçik biznes layihələrini yavaş-yavaş həyata keçiririk. Ümid edirəm ki, uğurlu olacaq. Vaxtilə Azərbaycanda “Manço” restoranı açmışdım. Bu ad mənim uşaqlıq adımdır və dostlarım bu gün də mənə belə müraciət edirlər. Əvvəllər o kiçik restorana mənim yaxınlarım və həqiqətən də yaradıcılığımı bəyənənlər, eyni zamanda Azərbaycan, Gürcüstan və Avropa mətbəxini sevən insanlar yığışırdılar. Bu, iki mərtəbəli, doğma evcik idi. Restoran həmişə çox sayda qonaqları qarşılayırdı. İki il bundan əvvəl həmin məkan bağlandı. Bu da mənim işlərimin çoxluğu ilə əlaqədar idi. Əvvəlki kimi restorana baş çəkə bilmirdim, işlərlə maraqlanmaq imkanım olmurdu. Buna görə də məcbur qalıb restoranı bağlamalı oldum. Lakin “Manço” adını başqa ampluada yenidən təqdim etməyi düşünürdüm. Güman edirəm ki, çox yaxın vaxtlarda pərəstişkarlarım yenidən “Manço” məhsulu ilə tanış olacaqlar. - Bu uşaq məhsulu olmayacaq ki? - Yox, bu uşaq məhsulu olmayacaq. Lakin ola bilər ki, uşaqlarla da əlaqəsi olsun. Lakin evimdəki körpəyə aidiyyəti olmayacaq. - Yeni məhsul bu dəfə Azərbaycanda olacaq? - Məhsul Azərbaycanda da olacaq, Gürcüstanda da. İnşallah, işlər qaydasında getsə, filiallar da ola bilər. - Müğənnilikdə olduğu kimi, biznesdə də iddialısınız? - Sözün açığı, ortaya iddia qoymağa tələsmirəm. İlk növbədə keyfiyyətli məhsul təqdim etməyə çalışırıq, hər şeyin çox yüksək səviyyədə olmasına cəhd göstəririk. Əgər bir işin üzərində məsuliyyət varsa, o işin uğurlu alınacağına şübhə yoxdur. Əgər adından, professionallığından söhbət gedirsə, Manana işinə məsuliyyətli yanaşmaqda çoxlarından fərqlənir. - Manana xanım, müğənnilik, biznes və analıq - hansı daha çətindir? - Belə sayaq - ana, müğənni, biznes-ledi. - Hansı çətindir? - Bilirsiniz, müğənnilik, biznes mənim stimulumdur, peşəmdir. Ana olmaq bunlardan tamamilə fərqlənir. Analıq daha çətindir. Əgər Allah insana bu öhdəçiliyi verirsə, sözsüz onu qəbul etmək lazımdır. Bu, Allahın ən böyük nemətidir. Bunun üçün da səy göstərərək nümunəvi ana olduğunu sübut etməlisən. Bunu anam da etmişdi, indi də mən edirəm. Mənim karyeram bunlardan arxada dayanır. Biznes isə mənim həyatımda yeni iş, hərəkətdir. - Georgi uşaqla məşğul olmaqda sizə kömək edir? - Georgi hər yerdə mənə kömək edir. Evdə də, ailədə də, işdə də. Məni başa düşən və hər işimdə yardım edən insan olduğuna görə ona minnətdaram. Georgi hərtərəfli kişidir, insandır. Mənim üçün ən vacib olanı onun mənə mənəvi dayağıdır. Maliyyə artıq növbəti planda dayanır. | |
|
Всего комментариев: 0 | |