SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 7 » Qışa hazırlıq
23:15
Qışa hazırlıq
Nədən başlamalı? 

Vaxt dayanmır. Yazın və yayın nə tez keçdiyinin fərginə varmaq olmur. Torpaq əkinçi əməyini əvəzsiz qoymayıb. Torpağın yetirdiyi bol nemətlərdən qiş tədarükünə yubanmaq olmaz. Əlbəttə, dükandan hər şey almaq olar, lakin hər halda evdə hazırlanan turşu və tutmaların dadı bam-başqadır. 

Nədən başlamalı? 
Hər şeydən əvvəl şüşə bankaları yaxşıca yuyub, hazırlamaq lazımdır. İkinci mərhələdəki iş bankaların sterilləşdirilməsidir. Bu işdə hər kəsin öz üsulu var. Lakin hamı üçün asan və əlçatan olsun deyə, qazanın 3/1 qədər su doldurulur, aşsüzən qapaq əvəzi qazanın ağzına qoyulur. Sonra qazandakı su qaynadılır. Boş bankalar baş üstə aşsüzənin üstünə qoyulur. 750 qramlıq bankalar 15 dəqiqə, 1 litrlik 20 dəqiqə, 2 litrlik 25 dəqiqə, 3 litrlik Isə 30 dəqiqə sterilizə edilir. Qapaqlar rezinlərlə birlikdə 15-20 dəqiqə qaynadılır. 
Bütün bu hazırlıqlardan sonra qış tədarükünə başlamaq olar. 

“Qış salatı”
Salat üçün tələb olunanlar:
3 kq. göy pomidor;
1 kq. şirin bibər (yaxşı olar ki, qırımızı, yaşıl, sarı rəngli bibərlərin qarışığından istifadə olunsun);
1 kq. yerkökü;
1 kq. baş soğan;
400 qr. bitki yağı;
100 qr .şəkər tozu;
100 qr. duz;

Hazırlanma qaydası
Bütün tərəvəzlər yarımdairə şəklində doğranır, duzlanır və üstü örtülərək bir gecə sərin yerdə saxlanılır. Səhər tərəvəzlərin şirəsi süzülür, sonra yağ 5-10 dəqiqə qaynadılaraq tərəvəzlərin üzərinə tökülür. Bu mərhələdən sonra şəkər tozu əlavə edilərək 30 dəq qaynadılır. Hazır salat bankalara yığılaraq bağlanılır. 

“Son bahar” salatı 

Salat üçün tələb olunanlar:

Kələm-1kq.
Pamidor -1kq.
Xiyar-1kq.
Yerkökü 1kq. 
Baş soğan-1kq.
Bərk alma -1kq. 
Limon- 8 qr.
Hər banka üçün bir-iki dəfnə yarpağı 
İki-üç ədəd diri istiot 
Duz və zövqə görə şəkər 

Hazırlanma qaydası: 

Bütün tərəvəzlər yuyulub təmizlənir. Kələm doğranır, yerkökü nazik dairəvi şəkildə kəsilir. Hər ikisi birlikdə az miqdarda suda pörtlədilir. Diqqət edin ki, ötməsin. Bundan sonra nazik dairə şəkilli doğranmış soğan, təmizlənmiş xiyar, alma və pamidor bunların üzərinə əlavə edib,yumşalana qədər bişirilir. Sonra zövqə görə duz və şəkər əlavə edilir. Dəfnə yarpağı və diri istiot dənələri bankanın dibinə qoyulıur. Limon duzu ayrıca qabda suda həll edilib qaynadılır və hazırlanmaqda olan salatın üzərinə tökülür. Alınmış hazır salat bankalara doldurularaq pasterilizə edilir. Yarım litrlik bankaları 10 dəqiqə, 1 litrlik bankaları 20 dəqiqə pasterilizə etmək kifayətdir.  

Pomidor turşusu

Hazırlanma qaydası: 
Zədəsiz, yetkin və təxminən hamısı bir ölşüdə olan pomidorlar götürülür, yuyulur və saplaq tərəfdən deşilir. Bu ona görə edilir ki, pomidorların üzərinə qaynar su töküləndə, qabıqları partlamasın. Bundan sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. 
Duzlu məmlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Bankalar soyuyandan sonra onu ambarda, yaxud ev temperaturunda saxlamq olar. 
Bu cür konserv üçün 2 kiloqram pomidor, 2 xörək qaşığı duz, 4 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı esensiya, şüyüd (çətirlisi) – 2 ədəd, qara qarağat yarpağı- 3-5 ədəd, albalı yarpağı- 3-5 ədəd, xren kökü və ya yarpağı- 20 qram, qara istiot dənəsi 10 ədəd, su – 1 litr. 

Xiyarla turş kələm

Tələb olunanlar: 
10 kiloqram kələm 
3 kiloqram xiyar 
1 kiloqram yerkökü 
100 qram şüyüd 
350 qram duz 
Duzlu məhlul üçün: 1 litr su, 50 qram duz, 200 qram şəkər tozu. 
Kələm və xiyarın birlikdə turşuya qoyulması üçün xiyarların balacalarını və bərklərini götürmək lazımdır. Turşuya qoyulmazdan əvvəl xiyarlar çox soyuq suda yuyulur. 
Kök və kələm doğranaraq, qarışdırılır. İlk növbədə 1 qat kələmlə kök qoyulur. Onun üzərinə 1 lay biri-birinə yaxın olmaq şərtilə xiyarlar düzülür və bu qayda ilə qab dolana qədər davam etdirilir. Hər qata şüyüd qoyulur və duz səpilir. Lap üstən kələm təmiz salfetka ilə örtülür. Sonra onun üzərinə ağır press qoyulur ki, onu bassın. Əgər 1-2 günə kələmin şirəsi üzə çıxmırsa, deməli duzlu məlul əlavə emək lazımdır. 

Xiyar turşusu
 
Tələb olunanlar: 
1,5 kiloqram xiyar
 1,5 litr su
 1 stəkan şəkər tozu
 2-3 ədə baş soğan
 1 xörək qaşığı qara istiot dənəsi
 1 dəstə şüyüd
 12 xörək qaşığı sirkə 
Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər dairə şəklində doğranmış soğan və istiot dənələri ona əlavə edilir. Şüyüd yaxşıca yuyulur və narın doğranır. Xiyar da yuyulur, dairə şəklində doğranır, bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra marinad süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.

Категория: Nuş Olsun | Просмотров: 6250 | Добавил: efirdi | Рейтинг: 3.4/10
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]