SAYTA GİRİŞ
Главная » 2009 » Sentyabr » 8 » ŞİRNİYYAT
23:41
ŞİRNİYYAT
Keks reseptləri 

Qozlu və kişmişli keks 

Bu keksı hazırlamaq üçün tələb olunanlar:
- 1 stəkan un
- 6 ədəd yumurta
- 1 stəkan təmizlənmiş qoz
- 1 stəkan kişmiş
- 1 stəkan şəkər tozu 
Yumurtanın ağı sarısından ayrılaraq, köpüklənənə qədər çalınır. Sarısı isə ayrılıqda şəkərlə çalınır. Sonra bunlar biri-birinə qarışdırılaraq, üzərinə un, qoz və kişmiş əlavə edilərək xəmır yoğrulur. Yoğrulmuş xəmir üzərinə suxari səpilmiş yağlı kağız qoyulmuş formalara yerləşdirilir. Beləliklə, keks elektrik sobasında 180 dərəcə temperaturda 45-50 dəqiqə bişirilir. 

Qara qarağatlı keks

Bu resept üçün tələb olunanlar: 
- 100 qram kərə yağı 
- 200 qram şəkər 
- 4 ədəd yumurta 
- yarım stəkan süd 
- 500 qram un 
- 250 qram qara qarağat
- zövqə görə limon, yaxud portağal qabığı 
Öncə yağ şəkərlə krem halına düşənə qədər çalınır. Sonra bu prosesi davam etdirə-etdirə yumurtanın sarısı, syrtgəcdən krçirilmiş limon ya portağal qabığı, süd və unun bir hissəsi kremin üzərinə əlavə olunur. Yumurtanın isə ayrı qabda köpüklənənə qədər çalınır və unun qalan hissəsi ilə birlikdə əvvəlcə hazırlanmış qarışığa əlavə olunur. Bütün bunların hamısı yaxşıca qarışdırılır. Sonra alınmış kütlə yağlanmış və un səpilmiş formanın içinə qoyulur. Yuyulmuş və qurudulmuş, üzərinə suxari tozu səpilmiş qarağatlar xəmirin üzərində bərabər şəkildə yayılır. Nəzərə almaq lazımdır ki, qarağatların üstünü örtmək üçün öncədən xəmirdən bir hissə saxlamaq lazımdır. Keks elektrik sobasında orta temperaturda bişirilir. 

Moruqlu keks

Bu resept üçün tələb olunanlar:
- 2 stəkan buğda unu
- 100 qram marqarin
- 1 stəkan xama
- 1 ədəd yumurta
- 1 stəkan şəkər
- 1 çay qaşığı xəmir mayası
- 3-4 xörək qaşığı moruq
Otaq temperaturunda olan marqarin xama və yumurta ilə qarışdırılır. Un, şəkər və xəmir mayası da kənarda ayrıca qarışdırılır. Sonra onlar birləşdirilərək xəmır halına salınır. Sonra moruq xəmirə əlavə olunaraq, yenidən qarışdırılır. Formalar yağlanır və xəmirlə doldurulur. Keks sobada 180 dərəcə temperaturda 15-20 dəqiqə bişirilir.

Категория: Nuş Olsun | Просмотров: 2619 | Добавил: efirdi | Рейтинг: 4.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]