SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 2 » » Sevgi Hekayesi (I Hisse)
11:44
» Sevgi Hekayesi (I Hisse)
ÖLMƏYƏN SEVGİ



Gənc adam əllərində bir buket çiçək, sahilə qaçaraq gəldi... Gözləri belə bir sahildə gəzişdi, axtardığını görə bilməyincə ilk gördüyü yerdə oturub sevdiyini gözləməyə başladı. Əllərində hər zamanki çiçəklərdən vardı. Sevgilisinin ən sevdiyi çiçəklər bunlar idi. Qırmızı, qıpqırmızı, qan qırmızısı güllər... Sanki budağından yeni qoparılmış kimi təzə idilər, buram buram iy verirdilər, sevgi iy verir, eşq iy verir ən əhəmiyyətlisi də həsrət və həsrət iy verirdi güllər... Hamısının üzərində damlalar vardı. Sanki ağlayır kimi idilər. Gənc adam güllərə baxdı, sanki onlarla danışırmış kimi, "Niyə ağlayırsınız, baxın mən nə qədər xoşbəxtəm" dedi. Az sonra sevdiyini görəcəyi üçün ürəyi yenə dəli kimi atmağa başlamışdı. Nə vaxt onu düşünsə, onunla görüşəcəyini xəyal etsə ürəyi eyni belə yerindən çıxacaqmış kimi olurdu. İllərdir bir-birlərini sevmələrinə baxmayaraq ikisidə sevgisindən heç bir şey itirməmişdi... Onları heç bir şey ayıra bilməzdi... Nə həsrət, nə ayrılıq, nə də ölüm...
Gənc adam təlaşla saatına baxdı. Sevdiyi yenə gecikmişdi. Üstəlik o, sevdiyini gözlətməmək üçün dəqiqələrlə əvvəl qaçaraq gəlir, onu gözləməyi belə sevirdi. Amma sevdiyi hər vaxt bunu edirdi. Davamlı özünü gözlədirdi. Hər kəsin bir qüsuru olarmış deyə düşündü...
Və gözlərini önündəki ucsuz-bucaqsız dənizlərə tikdi.. Dənizin sonu yox kimi idi, eynilə sevdiyi qıza qarşı olan eşqi kimi dənizində sonu yox idi. Sonsuzluğa uzanırdı. Əslində bu gün onlar üçün çox xüsusi bir gün idi. Öz aralarında sözlənəcəkdilər. Cavan əvvəl bunu sevdiyinə açmış, sonrada gedib iki üzük almışdı. Bu qədər əhəmiyyətli bir gündə heç olmasa onu gözlətməməli idi.. Amma alışmışdı artıq gözləməyə, zərəri yox bir az daha gözləyərəm deyə düşündü. Güllərin yarpaqları nədənsə hələ yaşlı idi. Heç cür anlamırdı onları. Hər şey bu qədər gözəlkən niyə ağlayırdılar ki?
İşdə az sonra sevdiyi gələcək, ona sarılacaq, qucaqlaşacaqdılar...
Sonra söz üzüklərini taxıb, evliliyə ilk addımlarını atacaqdılar.
Gənc adam elə həyəcanlı idi ki sevdiyinə qovuşmaq üçün can atırdı... Qağayılara baxdı, bir-birləriylə oynaşıb, uçuşan qağayılara... Nə qədər gözəl rəqs edirdilər havada. Təkrar saatına baxdı gənc adam. Narahatlıqlanmağa başlamışdı. Sevgilisi yenə gecikmişdi, həm də çox... Bu qədər gecikməməsi lazım idi. İşdə hər gün burada görüşmək üçün sözləşmirlər idimi? Hər gün sahildə, qağayılara baxaraq, dənizin onlara izah etdiyi nağılları dinləyərək bir-birlərinə sarılıb həsrət aradan qaldıracaqlarına söz vermirlər idimi? O zaman niyə gəlməmişdi yenə? Ağılına pis düşüncələr gəlməyə başladı. Xeyr.. xeyr.. ola bilməzdi. Sevdiyinə bir şey ola bilməzdi. Onsuz həyat yaşanmazdı ki... O ölsə belə davamlı mənimlə yaşar deyə düşündü gənc adam. Bunun düşüncəsi belə xoş deyildi. Gözlərini yerə endirdi. Gözyaşlarını kimsənin görməsini istəmirdi. Onsuz da nədənsə ətrafındakı insanlar ona sanki dəli kimi baxırdılar. Narahat olmağa başladı baxışlardan.
Artıq bezmişdi... Yenə sevgilisi gəldi ağılına.. Niyə gəlmədi görəsən deyə düşünməyə başladı. Gözlərini bağladı.
7 il oldu dedi. 7 ildir hər gün bu sahildə idi, sevdiyini gözləyirdi. Daha çox dözə bilmədi. Ürəyi parçalanacaq kimi olurdu. Gözlərindən 1 damla daha yaş güllərin üzərinə damladı... Yenə gəlməyəcək yəqin, ən yaxşısı mən onun evinə gedim deyə zümzümə etdi... Heç olmazsa gülləri hər zamanki kimi yanına qoyar, ona vermiş olardı... Gənc adam ayağa qalxdı. Sevdiyiylə görüşmək üzrə, yaşıl təpənin ardındakı qəbirisitanlığa doğru getməyə başladı...


Ona olan Eşqi və Sevgisi onunla birlikdə ölməmişdi.


Категория: Sevgi Dünyası | Просмотров: 839 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]