Dünya xit-paradlarında da onun mahnıları 1-ci yerdədir
Dünya pop musiqisinin kralı Mayk Ceksonun ölümündən sonra albomlarının satışı təxminən 40 dəfə artıb. Verilən məlumatalara görə, son bir həftə ərzində Maykl Ceksonun 422 min albomu satılıb. Müqayisə üçün bildirək ki, əvvəllər pop kralın həftədə 10 min albomu satılırdı. Bundan əlavə isə dünya xit-paradlarında Maykl Ceksonun ifa etdiyi musiqilər birinciliyə yüksəlib.