Təqdimetmə mərasiminə bunun üçün xüsusi kran da gətirilib
Yaponiyalı alimlər dünyadakı ən böyük dinazavrın skeletini ictimaiyyətə təqdim edəcək. “İtv.az”ın məlumatına görə, paytaxt Tokionun ən geniş sərgi salonunda təşkil olunacaq təqdimetmə mərasiminə bunun üçün xüsusi kran da gətirilib. Tarixi eksponatın hündürlüyü 17, eni 35 metrdir. Nəhəng skelet Çinin şimal-şərqində 2001-ci ildə tapılıb. Onun yaşı isə 65 milyon ildir.