SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 18 » KRİSTİANO RONALDO GENC QIZA HÜCUM EDİB
12:01
KRİSTİANO RONALDO GENC QIZA HÜCUM EDİB
“Lazım olsa bunu bir də edərəm”

“Real Madrid” klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo evinin qabağında gənc bir qıza hücum edib. Ronaldo şəklini çəkmək istəyən Sara Pardal adlı 17 yaşlı qıza hirslənərək onun avtomobilinin pəncərəsini sındırıb və qızın yaralanmasına səbəb olub. Gənc qızın qolunda kəsiklər olduğuna görə onu xəstəxanaya aparıblar.
Hadisədən sonra media nümayəndələrinə açıqlama verən portuqaliyalı ulduz “Ailəm şəkillərinin çəkilməsindən narahat oldu. Mən avtomobilimdən düşüb onu şəkil çəkməməsinə razı salmağa çalışdım. O isə məni dinləmədi. Etdiyim hərəkətə görə təəssüf edirəm. Amma belə hal yenə baş verərsə bu hadisə təkrarlanacaq”, - deyə bildirib.

Категория: İdman | Просмотров: 669 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]