SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 18 » » AZERBAYCANLI İDMANÇI ERMENİNİ NOKAUTA SALDI »
11:57
» AZERBAYCANLI İDMANÇI ERMENİNİ NOKAUTA SALDI »

İspaniyanın paytaxtı Madriddə keçirilən kikboksinq üzrə dünya çempionatı başa çatıb


Yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb. Çempionata 35 idmançı ilə qatılan yığmamız 16 qızıl, 14 gümüş və 19 bürünc medal qazanıb. Yüksək peşəkarlıq və əzmkarlıq sayəsində Azərbaycan 26 komanda arasında 2-ci yeri tutub. Ölkəmizi yalnız meydan sahibləri qabaqlaya bilib. Rusiya isə yekunda 3-cü sırada qalmaqla, yığmamızdan aşağıda qərarlaşıb.
Milli komandamızın belə yüksək nailiyyət qazanmasında xüsusi xidmətləri olan idmançılardan biri də Ramil Həsənovdur. 14 yaşlı kikboksçumuz iki dəfə fəxri kürsüyə yüksəlib. 55 kq çəki dərəcəsində çıxış edən Ramil layt kontakt növündə bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb və İspaniyada dövlət himnimizi səsləndirib. Semi kontakt növündə isə gümüş medal qazanıb. Özü də döyüşlərinin birində Ramil Ermənistan idmançısını məğlub edib. Onun qüvvətli zərbələri erməninin nokauta düşməsi ilə nəticələnib.

Keçirdiyi yarışlardan danışan Ramil öncə idmana gəlişindən söz açıb: “Mən mərhum prezidentimiz Heydər Əliyevin müdrik kəlamını eşitdikdən sonra idmanla peşəkar səviyyədə məşğul olmağa başladım. Onun “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” sözlərinin mahiyyətini dərk etdikdən sonra müstəqil respublikamıza ləyaqətlə xidmət etmək üçün öz üzərimdə daha çox çalışmaq qərarına gəldim. Azərbaycan çempionu olanda qələbə sevincini bir o qədər də hiss etmirdim. Çünki məqsədim beynəlxalq səviyyəli yarışlarda qalib gələrək, bayrağımızın dalğalandırmaq, himnimizi səsləndirmək, bu xoşbəxtliyi hiss etmək idi”.

Həsənov dünya çempionatı barədə də təəssüratlarını bölüşüb: “Çempionatda rəqiblərimdən birinin erməni olması döyüş əzmimi daha da artırdı. Həmin döyüş başqalarından tamamilə fərqləndi. Azarkeşlərin də dəstəyi böyük idi. Bu səbəbdən də ilk andan rəqibə aman vermədim və nokauta salaraq, məğlub etdim. Final qarşılaşmam da çətin oldu. O, 13 dəfə Ukrayna çempionu olmuşdu, onun fiziki və taktiki cəhətdən güclü olduğunu bilirdim. Buna baxmayaraq, qələbə əzmi ilə döyüşə başlayaraq, sonadək mübarizə apardım. Rəqibimin məndən ehtiyat etdiyini bilən kimi, aramsız hücumlara keçib məqsədimə çatdım. Qızıl medalı almaq üçün üçrəngli bayrağımıza bürünüb, meydançaya daxil olanda hansı hisslər keçirdiyimi indi də təsəvvür edə bilmirəm. Bütün bunlara görə məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Qazandığım qələbələri xalqımıza hədiyyə edirəm”. 
Категория: İdman | Просмотров: 606 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]