SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 5 » Azerbaycan yığması FİFA-nın reytinq siyahısında bir pille irəlileyib
23:33
Azerbaycan yığması FİFA-nın reytinq siyahısında bir pille irəlileyib

...Azerbaycan yığması FİFA-nın reytinq siyahısında bir pille irelileyib...

Bakı – APA FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə bir pillə irəliləyib. İndi milli komandamız 139-cu yerdədir. Hesabında 175 xal olan millimiz UEFA-nın reytinqində mövqeyində - 48-ci pillədə qalıb. 

Alman mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi yığmamız son reytinq hesablanan müddətdə iki matç keçirib: Bakıda Uelsə rəsmi oyunda 0:1, İspaniyaya yoldaşlıq görüşündə 0:6 hesabı ilə uduzmuşuq. Göründüyü kimi, komandamız ötən ay olduğu kimi, uduzanda reytinqdə irəliləyir. 

Yığmamızın 2010-cu dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Rusiya yenə ilk “onluq”da qərarlaşıb. Qarşıdakı rəqibimiz olan almanlar uzun müddətdən sonra ilk “üçlük”də yerini itiriblər. Avqustun 12-də Bakıda qonağımız olacaq Bundestim (1207 xal) iki pillə geriləyərək, 4-cü yerə düşüb. Almaniyanın ən yaxın izləyicisi üç pillə irəliləyən ruslardır. Şimal qonşularımız 1161 xalla 8-ci pillədən 5-ci yerə yüksəliblər. 

Üç pillə geriləyən Finlandiya yığması (593 xal) 52-ci yerə düşüb. Milli komandamız üzərində qələbə Uels yığmasını 7 pillə qabağa salıb. Hesabında 494 xal olan uelslilər 67-ci yerdə qərarlaşıb. Lixtenşteyn yığması (133 xal) üç pillə irəliləyərək, 153-cü yerdə mövqe tutub. 

Siyahıda uzun fasilədən sonra lider dəyişikliyi olub Gözlənildiyi kimi, Konfederasiyalar Kubokunun qalibi olan Braziliya milli komandası həmin turnirin üçüncüsü olan son Avropa çempionu İspaniya yığmasının bir illik hegemonluğuna son qoyub. 1672 xalı olan braziliyalılar 4 pillə irəliləyərək, liderliyi qaytarıb. İspaniya (1590 xal) 2-ci, Hollandiya (1379 xal) 3-cü pilləyə düşüb. Türkiyə yığması düz 16 pillə geriləyib. 28-ci yerə düşən qardaş ölkənin təmsilçisinin 809 xalı var.


Категория: İdman | Просмотров: 749 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]