SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 13 » » Aile qurarken neye diqqet etmeli ...:::...
23:27
» Aile qurarken neye diqqet etmeli ...:::...

Qadınların ərləri üzərindəki digər haqları:

Geyim, yemək, qalmağa yer və sair zəruri ehtiyaclarla təminetmə: güzəranlığa aid olan haqlar arasında başlıcası geyim, yemək, qalacaq yer və digər həyati tələbatların ödənməsidir. 

Kişilərin qəzəblənməməsi nifrət etməməsi: Rəsulullah (s) buyurub: “Bir mömin kişi bir mömin qadına nifrət etməsin. Çünki onun bir xasiyyətini bəyənməzsə, başqa bir xasiyyətini bəyənər” (Müslim).

Ər-arvad arasında olan əmanətə xəyanət etməmək: bu daha çox cinsi münasibət və bu qəbildən olan şeylərə aiddir. Peyğəmbər (s) deyib: “Şübhəsiz ki, qiyamət günü Allahın ən çox əhəmiyyət verəcəyi əmanət ər-arvad arasındakı əmanətdir. Qadınla kişi biri-biri ilə qaynayıb-qarışdıqdan sonra qadının sirlərini kişinin ifşa etməsi o gün ən böyük xəyanət sayılacaq” (Müslim, Əbu Davud).

Həmçinin, ümumiyyətlə, ailənin hər hansı bir sirrini ifşa etmək doğru deyildir.

Kişinin ailəsi üzərindəki haqları: ailə başçısı olan kişinin də öz ailəsi üzərində haqqı vardır. Bu haqların təməlini itaət təşkil edir.

Allahın yaratdıqlarına baxdıqda, onların həyatını sürdürə bilməsinin mühüm amillərindən biri də aralarındakı nizamdır. Bu nizam isə rəhbərlik, liderlik, başçılıq müəssisəsinin olması sayəsində olur. Allah təala Quranda buna işarə edir: 

“Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın…” (əl-Ənam, 38)

Biz köçəri quşlara nəzər saldıqda bu ümmətin (yəni quşların) önündə uçan bir öndər quşu görürük. Digər quşlar isə həmin o öndərin arxasında cərgə tutaraq uçurlar. Onu kimsə qabaqlamaz, onunla bu işdə kimsə şərik olmaz. Bunun örnəklərini biz canavar sürüsü, bal arıları və digər bütün canlı aləmdə görürük. Deməli, Allah yaratdığı məxluqata bu nizamı təlqin etmişdir. Bu nizamı isə liderlik və ona itaət üzərində bina etmişdir.

Canlıların şüurlusuna (insana) gəldikdə, onda bu şey instinkt yolundan başqa bir də ağıl və təfəkkürlə gücləndirilir. Digər tərəfdən, Allah göndərdiyi din vasitəsilə insanın yaşaması üçün onun həyatını tənzimləyən qaydalar endirmişdir. İslam dini fitrət dini olduğu üçün insan fitrətində olan heç bir şeyi rədd etməmişdir. Fitri duyğulardan birisi də insanların toplanıb həyat sürdürməsi və aralarından onların yaşamasını tənzimləyəcək birisinin irəli çıxma tələbidir. İlahi təlimatlar isə bu fitri duyğulara istiqamət verəcək, onları tənzimləyəcək bir hökmlər gətirmişdir. Bu ilahi qayənin ruhunu dəqiq şəkildə anlayan Hz. Ömər belə demişdi: “İtaət varsa, əmir var, əmir varsa, camaat var, camaat varsa, İslam var. İtaət yoxdursa, əmir yoxdur, əmir yoxdursa, camaat yoxdur, camaat yoxdursa, İslam yoxdur”.

Biz bir həyat fəlsəfəsi olan əmir və itaət məsələsinin namazda da öz əksinin tapdığının şahidi oluruq. Namazın isə dinin dirəyi olub müsəlman həyatının tərkib hissəsi olduğu hər kəsə bəllidir. Camaat namazında bir nəfər qabaqda imamlıq (rəhbərlik) edir.

Ailə özünə görə bir cəmiyyətdir və onun insan cəmiyyəti kimi yaşaya bilməsi üçün ilahi nizamın olması şərtdir. İlahi nizam da, yuxarıda qeyd edildiyi kimi, bu nizamı uyğulayan bir başçının olmasını istəyir və bu başçıya itaət edilməsini də şərt qoşur. İtaət olmazsa, o başçı lazımsız və artıq bir şeyə çevrilər. Başçı da olmadıqda məsuliyyət, öhdəliklər, haqlar tətbiqedilməz hala gəlir. Buna görə ailədə bütün bunları uyğulayacaq bir ailə başçısının olması zərurətdir. Həmin başçı Allah tərəfindən təyin edilmişdir, o da kişidir.

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (qəyyumdurlar, onların hamisidirlər)...” (əl-Nisa, 34); 
“...(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər...” (əl-Bəqərə, 228).

Məlum olduğu kimi, ailə sahəsinə dair qoyulan ilahi nizam kişilərin imtiyazlar əldə edərək ağalıqlarını sürdürmək məqsədi güdmür. Əksinə, başçıların işi itaəti altında olanlara xidmət göstərməkdir. Digər tərəfdən, bu, çox məsuliyyətli bir vəzifədir. Bunun hesabı Allah qatında qiyamət günü soruşulacaqdır. 

Peyğəmbər (s) bu məsələni təşbeh (bənzətmə) yolu ilə bəlağətli şəkildə bildirir: “Hamınız çobansınız və hamınız sürünüzdən məsulsunuz. İmam çobandır və sürüsündən məsuldur. Kişi ailəsinin çobanıdır və sürüsündən məsuldur. Qadın ərinin evində çobandır, o da sürüsündən məsuldur. Xidmətçi sahibinin malından sorumludur və sürüsündən məsuldur” (Buxari, Müslim, Əbu Davud).

Kişi təkcə həyat yoldaşı deyil, həm də ailənin digər bütün üzvlərin tərbiyəsinə, dininə görə məsuliyyət daşıyır. Allah ailə başçılarına həm özlərini, həm də ailəsini cəhənnəm atəşindən qurtarması üçün tədbir görməsini əmr edir:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...” (əl-Təhrim, 6).

Kişinin ailəsi üzərindəki ən başlıca haqqı ona itaət edilməsidir. Digər haqqlar bunun üzərində təsis edilmişdir:
Hər işdə kişinin razı salınması: Peyğəmbər (s) belə buyurmuşdur: “Qadınların ən xeyirlisi ərinin baxdığı zaman onu sevindirən, əmir etdiyi zaman itaət edən, ərinin xoşuna gəlməyən şeylərdə ona qarşı çıxmayan qadındır” (Nəsai. Nikah, 14); “Əri ondan razı qalaraq ölən qadın cənnətə girər” (Tirmizi. Rada, 10; əlavə məlumat üçün bax: İbn Macə. Nikah, 4); “Dünyada bir qadın ərini incidərsə, həmin kişinin hurisi (cənnətdəki xanımı) belə deyər: “Allah sənin canını alsın, onu incitmə! O, sənin yanında bir qonaqdır, bu yaxınlarda bizə qovuşacaq” (Tirmizi. Rada, 19; əlavə məlumat üçün bax: İbn Macə. Nikah, 62).

Xəyanət etməməsi: Rəsulullah (s.) belə buyurmuşdur: “...Bilin ki, sizin qadınlarınız üzərində haqqınız olduğu kimi, onların da sizin üzərinizdə haqqı vardır. Sizin onlar üzərindəki haqqınız, sizin sevmədiyiniz bir iş etməməsi, yatağınızı başqasına tapdalatmaması, bir də istəmədiyiniz birini evə gətirməməsidir...” (Tirmizi).

Hədisdəki “yatağınızı başqasına tapdalatmaması” ifadəsi ilə nəzərdə tutulan şey xəyanətdir. 

Kişisinin xoşlanmadığı bir adamı evə dəvət etməməsi; 

Kişisinin varını, ələlxüsus da o evdə olmadıqda qoruması;

Yatağa dəvət etdiyi zaman razılaşması: Peyğəmbər (s) belə deyib: “Əri qadını yatağa dəvət etdiyi zaman, o boyun qaçırarsa və bu səbəbdən də əri qəzəbli halda gecəni keçirərsə, mələklər o qadına səhərə qədər lənət edər” (Buxari. Bədul-xəlq, 7; Müslim. Nikah, 122).



Категория: Allahin mocuzeleri | Просмотров: 1405 | Добавил: efirdi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]