SAYTA GİRİŞ
Главная » 2009 » İyul » 13 » » Şou Biznesden Son Xeberler Www.Efirdi.Tk saytında
23:36
» Şou Biznesden Son Xeberler Www.Efirdi.Tk saytında

Röya və Rəhim Rəhimli cəbhə bölgəsinə turneyə çıxacaq

Ana olmağa hazırlaşan Röya Ayxan gələn həftə Rəhim Rəhimli ilə sərhəd rayonlarına və cəbhə bölgələrinə turneyə çıxacaq. Sənətçilərə “Klan-A-Plan” rep qrupu və gənc müğənni Samrina da qoşulacaq. "İstiot"un məlumatına görə, müğənniləri media nümayəndələri də müşayiət edəcək.

Turne başa çatdıqdan sonra isə Röya hamilə halda telekanalların birində yarışma proqramı aparacaq. Sənətçi həftədə bir dəfə canlı efirə çıxacaq və telefon bağlantısı yaradaraq tamaşaçı ilə yarışacaq.

Rəşad İlyasov "Uşaqları qoruyaq" adlı klip çəkdirir


Rəşad İlyasov bəstəkarı Novruz Aslana, sözləri isə Gülnur Aslana məxsus olan "Uşaqları qoruyaq" adlı mahnını ekranlaşdıracaq. Müğənninin sözlərinə görə, ekran işi rejissor Günel Şakirə həvalə olunub: "Belə bir klip ərsəyə gətirmək 2-3 il bundan öncədən planımda vardı. Belə bir layihəyə imza atmaq bir valideyn kimi mənim üzərimə düşür, çünki bu kriteriyalara mən cavab verirəm. Amma bəzi səbəblərdən klipi Uşaqlar Gününə qədər ekranlaşdıra bilmədik. Düşünürəm ki, bu ilin "Uşaq ili" elan olunması ilə bağlı ekran əsəri hələ də aktualdır". Qeyd edək ki, klip təbiət qoynunda çəkiləcək.

İradə İbrahimovanın boşanma xəbəri yayılıb

Yenicə evlənən, toyu dillərdən düşməyən populyar müğənni İradə İbrahimovanin həyat yoldaşı Ceyhundan boşanmağa hazırlaşması barədə xəbərlər yayılıb.
Deyilənə görə, müğənninin bal ayı bitməmiş, həyat yoldaşı ilə aralarında sərinlik yaranıb. Evlilyini sürdürmək istəmyən müğənni boşanmaq barədə düşünməyə başlayıb. Lakin İradə İbrahimova RİA-ya açıqlamasında bəzi televiziyaların yaydığı bu xəbərləri şayiə adlandırıb. Xəbərin yalnış olduğunu deyən müğənni evlilik həyatından məmnun olduğunu və özünü çox xoşbəxt hiss etdiyini söyləyib.

Məleykə Əsədovanin veb-saytı hazırlanır


Rejissorlardan filmlərə, seriallara çəkilmək dəvəti alan aktrisa hələ ki götür-qoy edir. Deyir, sadəcə efirdə görünmək xatirinə filmə çəkilmək istəmir: “Mənə ssenarilər təqdim edirlər, oxuyuram və imtina edirəm. Vallah, bu, kapriz deyil. İstəyirəm səviyyəli ssenari, keyfiyyətli iş olsun. Bilirsiz ki, Azərbaycanda ekranlaşdırılan ilk teleseriala çəkilmişəm. “İtkin gəlin”də baş qəhrəman olan Əfsanə obrazını yaratmışam. İndi durub səviyyəsiz bir seriala çəkilə bilmərəm”. Gələn ay şəxsi saytını təqdim edəcəyini deyən Məleykə Əsədova, onu sevənlərin bu sayta daxil olmaqla, onun haqqında bütün məlumatları əldə edə biləcyini bildirib. Yay tətilinə gəlincə, bu il o, qızı Gülərlə birgə Amerika Birləşmiş Ştatlarında istirahət edəcək.

Zülfiyyə Xanbabayevaya təyyarə hədiyyə edildi 


Azərbaycanın tanınmış estrada ulduzu, respublikanın xalq artisti Zülfiyyə Xanbabayevaya təyyarə hədiyyə olunub. Bu şok hədiyyə müğənniyə həyat yoldaşı tərəfindən verilib. Müğənninin şəxsi səyahətləri üçün nəzərdə tutulan təyyarənin üstündə onun adı - “Zülfiyyə” sözü həkk olunub.Bu günə qədər şou ulduzlarının ən bahalı avtomobil yarışına girdikləri bəlli idi. Görünür indən belə şəxsi təyyarələr dəbə minəcək. Görəsən ikinci kim olacaq?


Категория: Şou-biznes xeberleri | Просмотров: 1623 | Добавил: efirdi | Рейтинг: 3.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]